«Fillər» bizim dostumuzdur
Qondarma «erməni soyqırımı»na ABŞ Konqresindən həyəcanlı sürpriz
Elman NƏSİROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
Noyabr 4-də ABŞ Konqresinə keçirilən 114-cü çağırış aralıq seçkilərdə müxalif Respublikaçılar pariyası hakim Demokratlar partyası üzərində tam qələbə qazanraq Konqresin hər iki palatası üzərində nəzarəti ələ keçirib. Başqa sözlə, «Fil»lər Ulaq»lar üzərində hələ 2012-ci ildə qazandıqları nisbi üstünlüyü maksimum möhkəmləndirə biliblər.
Fikirlərimizi faktların dili ilə əsaslandıraq. 2012-ci ildə Konqresin Nümayəndələr palatasında Demokratlar Partiyası 201, Respublikaçılar partiyası isə 234 yerə sahib olubdular. Senatda isə qüvvələr nisbəti hakim partiyanın xeyrinə idi: 55:45. Bu seçkilərdən keçən növbəti 2 il ərzində mövqelərini möhkəmləndirən Respublikaçılar Nümayəndələr palatasında mövqelərini daha 13 səs artıraraq 247 yerə malik olub. Rəqibinin göstəricisi isə 188-ə enib. Senatda da vəziyyət «Fil» partiyasının xeyrinə dəyişib: 54:46. Müxalif partiya buna əvvəlki göstəricisini 9 səs artırmağa nail olub. Deməli, 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq ABŞ-ın yeni çağırış qanunverici orqanı - Konqres respublikaçıların, ali icra hakimiyyəti Ağ Ev isə demokratların nəzarəti altında fəaliyyət göstərməli olacaq. ABŞ tarixindən bəllidir ki, siyasi qüvvələrin belə konfiqurasiyası əksər hallarda ölkədaxili siyasi böhranlarla xarakterizə olunur. İndiki şərait də bu baximdan istisna təşkil etməyə bilər. Bu vəziyyətin məğlub tərəfi və onun «axsayan ördəyə» çevrilmiş rəhbəri Barak Obamanı son dərəcə narahat etdiyi anlaşılandır. Bəs görəsən Respublikaçıların qələbəsi niyə Ermənistan dövlətinin, dünyadakı erməni lobbisi və diasporunu ifrat həyəcanınlandırır? Qondarma «erməni soyqırımı»nın 100 illiyinin qeyd ediləcəyi - 2015-ci ildə Konqresdə respublikaçıların hakim mövqeyi ermənilər üçün niyə bu qədər qorxulu görünür? Onlar nədən ehtiyat edirlər?
Bu və diğər suallara cavab tapmağa çalişaq.
Əvvəla, ermənilərin Konqresdə əsas lobbi liderlərindən biri olan senator Robert Menendes daha Xarici əlaqələr komitəsinin sədri vəzifəsini icra etməyəcək. Xatırladaq ki, ABŞ-ın erməni diaspor şəbəkəsi ifrat ermənipərəst mövqeyinə görə onun fəaliyyətinə A+ qiymətini verirdi. Bu, erməni icması üçün ağır itki kimi qiymətləndirilir. Onu həmin postda respublikaçı senator Robert Korker əvəz edir. Bu şəxs isə 2013-cü ilin aprel ayında Xarici əlaqələr komitəsində qondarma «erməni soyqırımı» ilə bağlı qətnamənin qəbulunun əleyhinə səs vermiş 5 senatordan biri idi. Krokerin Senatın mühüm bir komitəsinə rəhbərlik etməsi ermənilərin «yuxusuna haram qatıb».
İkincisi, Konqresin Nümayəndələr palatasının yeni rəhbərliyinin davranışı da ermənilərin «kürkünə birə salıb». Tərkibində 438 konqresmenin olduğu bu palatanın spikeri Con Bonerdir. Onun bu ilin aprel ayında Ankaraya səfəri zamanı səsləndirdiyi aşağıdakı fikirlər erməni lobbisi və diasporu üçün «günün günorta çağı şimşək effekti»ni dögurmuşdu: »Konqres erməni məsələsi ilə məşğul olmayacaq. Bu məsələ Konqresin gündəliyinə salınmayacaq. Biz tarixi yazmirıq, biz tarixçilər deyilik».
Üçüncüsü, yuxarıda sadalanan reallıqlar fonunda ABŞ-da 2016-cı il prezident seçkilərində respublikaçıların qalib gələcəyini və ali icra hakimiyyətinə də sahiblik edəcəklərini proqnozlaşdırmaq mümkündür. Bu perspektivi, heç şübhəsiz, ABŞ-ın erməni lobbisi və diasporu da real variant olaraq nəzərdən keçirir. Eyni zamanda onu da diqqətdən qaçırmırlar ki, yeni potensial respublikaçı prezident öz qələbəsini ilk növbədə Barak Obamanın siyasətinin tənqidi əsasında təmin edəcək. Deməli, məsələyə bu məntiqlə yanaşsaq, demokrat prezidentin hələ 2008-ci il prezident seçkiləri öncəsi qondarma «erməni soyqırımı»nı tanıyacağını nəinki şifahi, hətta yazılı olaraq təsdiqləməsi faktı da respublikaçı prezident tərəfindən tənqid predmeti ola bilər. Zənnimizcə, bu yerdə ermənilərin halına «Sən saydığını say, gör fələk nə sayır» misalı daha çox uyğun gəlir.
Beləliklə, yuxarıda apardığımız təhlil və analizlər bir daha göstərir ki, ABŞ Konqresində respublikaçıların hakim mövqeyə yiyələnməsi, xüsusən də qanunverici orqanda bir sıra həlledici postların Türkiyənin ədalətli mövqeyini dəstəkləyən qüvvələrin inhisarına keçməsi ermənilərin qondarma «erməni soyqırımı» ilə bağlı 2015-ci ilə planlaşdırdıqları kampaniyaya «qırmızı işıq» yandıra bilər və hal-hazırda bu ehtimalın reallaşma əmsalı heç zaman olmadığı qədər böyükdür.