«Ağ dəvə» Türkiyədə
Elçinin romanı 16 ildən sonra ikinci dəfə nəşr edilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Vəzifə kiminsə boynuna biçilməyib”
Elçin Əfəndiyev: “Haqqımda yazılan böhtanlara, şayiələrə cavab vermirəm”
-
Azərbaycanın xalq yazıçısı Elçin qardaş Türkiyədə ən tanınmış müasir yazıçılardan biridir. Qardaş respublikanın nüfuzlu nəşriyyatları tərəfindən ədibin roman, povest və hekayələri dəfələrlə nəşr edilib, onun pyesləri Ankara, İstanbul, Konya, Ərzurum və başqa şəhərlərin teatrlarında tamaşaya qoyulub. Görkəmli yazıçımızın yaradıcılığı haqqında dissertasiyalar müdafiə edilib, elmi monoqrafiyalar yazılıb, xalq yazıçısının özü isə bir sıra Türkiyə universitetlərinin fəxri doktoru və professoru seçilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin məşhur nəşriyyatlarından olan «Ötüken»də Elçinin «Ağ dəvə» romanı ilk dəfə 1999-cu ildə çap olunub.
Bu günlərdə isə nəşriyyat oxucuların marağını nəzərə alaraq «Ağ dəvə»ni yeni tərtibatda təkrar nəşr edib. Romanı türk dilinə professor Ali Duymaz uyğunlaşdırıb. O, eyni zamanda, kitaba «Ön söz» yazaraq, Elçinin yaradıcılığını və onun türkdilli ədəbiyyatda tutduğu mövqeyi yüksək qiymətləndirib.
Bu yeni kitab xalq yazıçısının «Ötüken» nəşriyyatı tərəfindən çap edilmiş on birinci, ümumilikdə isə, Türkiyədə nəşr olunmuş iyirmi üçüncü kitabıdır.