vaxtlı-vaxtında oxuyun! Bazar, 22 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ŞOU BİZNES  
13:39 | 10 aprel 2015 | Cümə Məqaləyə 1513 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tahir İmanovdan haqlı etiraz

«Bakıda yığılan pullar ermənilərin cibinə gedəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Bu, təmiz erməni layihəsidir». Mən əvvəlcədən demək istəyirəm ki, bu layihədə iştirak edən qızlara qarşı heç bir şey demək istəmirəm, onlar mənim həmkarlarımdır.


Mənim və bizim «Parni iz Baku» teatrının kollektivinin qarşı olduğu «Comedy Woman» erməni layihəsidir, ona ermənilər rəhbərlik edir. Problem ondadır ki, bu konsertə sərf edilən bütün pullar, rəhbərliyin – ermənilərin cibinə axacaq.

Teref info xəbər verir ki, Oxu.Az-a bu barədə «Planeta Parni iz Baku» teatrının rəhbəri, Rusiyanın «Comedy Woman» truppasının Bakıda keçirilməsi planlaşdırılan konsertini şərh edən Tahir İmanov bildirib.

Tahir İmanovun sözlərinə görə, «Comedy Woman» erməni millətinə mənsub Artur Canibekyan, Qarik Maertirosyan və s. rəhbərlik etdiyi qrupa daxildir.

«Mən artıq bildirdim ki, onlar ermənidirlər və burada artıq məntiqlə düşünmək lazımdır. Sadə məntiq budur: burada pullar qazanılır, sonra Ermənistana göndərilir, bu pullara isə azərbaycanlı əsgərlərə atılacaq güllələr alınacaq. Xaricdə pul qazanan hər bir erməni istədi-istəmədi vətənə pul göndərir».

Tahir İmanov həm də sual verir:

«Mən başqa şeyi soruşmaq istərdim, bizə təzyiq göstərən, «bunu göstərməyin, polisi göstərməyin, vergiləri göstərməyin» və s. deyən məmurlar hardadır? Qoy Bakıya erməni truppasını gətirənlərə təzyiq göstərsinlər. Onlar niyə yatırlar? İndi niyə heç kim heç nə demir? Bu brend erməni brendidir? Niyə heç bir məmur fikir söyləmədi?

Heç məmur kimi lazım deyil, vətəndaş kimi qoy sözünü desin, vətəndaş mövqeyini göstərsin.

Hörmətli Prezident İlham Heydər oğlu Əliyev deyib ki, erməni-Azərbaycan münaqişəsi həll olunmayanadək ermənilərlə heç bir müştərək layihə, heç bir istənilən sahədə həm iqtisadi, həm mədəni, ümumiyyətlə, heç bir layihə olmamalıdır.

Elə alınır ki, bu layihəni gətirənlər Prezidentin sərəncamına qarşı gələrək onun sözlərinə riayət etmirlər. Belə çıxır ki, bu sahədən olan məmurları tənqid edə bilmərik, amma erməni layihəsini gətirmək və buna göz yummaq olar. Mən hələ bir neçə il bundan öncə bura «Mənim Ermənistanım»ı oxuyan İrina Alleqrovanı və Filip Kirokorov kimi etnik ermənilərin gətirilməsini demirəm. Mən bu barədə susuram.

Qoy internetdə komedi klabın baş prodüserinin, aparıcı aktyorlarının kim olduğuna baxsınlar. Mən deyə bilərəm Artur Canibekyan, əsas aktyor isə Qari Markirasyandır. Yetərlidir məncə. Ancaq mənə sonra deməsinlər ki, bunlar moldovan soyadlarıdır. Onlar ermənidirlər, onlar «Noviye Armyane» ŞHK-da oynayıblar.

Biz bu və ya digər sahəni, məsələn, siyasət sahəsini tənqid edən kimi - söhbət bəzi polis, bəzi vergi inspeksiyası işçilərindən gedir - o dəqiqə bizə tələ qurmağa başlayırlar.

Parodiya etməyi, tənqid etməyi qadağan etməyə başlayırlar. Amma söhbət dövlət əhəmiyyətli məsələdən gedəndə onlar susurlar. Niyə susurlar? Nəyə görə erməni layihəsi müharibə gedən torpaqda olmalıdır?

Bizim 20 faiz torpağımız elə həmin ermənilər tərəfindən işğal edilib. Niyə hamı susur? Hamı haradadır?

Mən başa düşə bilmirəm niyə insanlar bu konsertlərə bilet alırlar? Onlar nə vaxt ayılacaqlar? Bizdə əsl müharibə gedir», - Tahir İmanov deyir.

Öz növbəmizdə qeyd edək ki, «Comedy Woman»ın rəhbəri olan Nataliya Yeprikyan «Comedy Club Production»ın qrupuna daxildir.

Rusiyanın «Comedy Club»u 2003-cü ildə yaradılıb, bura Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan və bir çox başqalarının oynadığı «Noviye Armyane» ŞHK komandası daxildir...

Necə deyərlər, şərhsiz!