Avropadan Azərbaycana qarşı saxtakarlıq
“Eurovision 2013" musiqi yarışması ilə əlaqədar bütün gerçəklər
Mayın 18-də İsveçin Malmö şəhərində “Eurovision 2013" musiqi yarışmasının final mərhələsi keçirilib. ”Malmö Arena"da təşkil olunan mahnı müsabiqəsini ənənəyə uyğun olaraq yarışmanın ötənilki qalibi Loreen “Euphoria” mahnısı ilə açıb. 58-ci dəfə təşkil olunan yarışmanın şüarı “We Are One!” olub.
Müsabiqənin sonunda SMS səsverməsi və peşəkar juri seçimi nəticəsində Danimarka təmsilçisi Emili de Forest 281 xal toplayaraq nüfuzlu konkursun qalibi olub. 26 finalçı arasında 20-ci sırada çıxış edən Azərbaycan nümayəndəsi Fərid Məmmədov 234 xalla 2-ci yerə sahiblənib. O, musiqisi Dimitros Kontopulos, sözləri Con Ballard və Ralf Çarliyə məxsus “Hold me” mahnısını səsləndirib. Ukrayna təmsilçisi Zlataya Oqneviç 214 xalla üçüncü yerdə qərar tutub.
Azərbaycana 12 xal verən ölkələr bunlardır: Avstriya, İsrail, Macarıstan, Bolqarıstan, Rusiya, Malta, Yunanıstan, Monteneqro, Gürcüstan və Litva.
10 xal verənlər - Ukrayna, Rumıniya, Belarus.
8 xal verənlər - Moldova, Fransa, Kipr.
7 xal verənlər - Albaniya, İspaniya, İslandiya, Xorvatiya.
6 xal - İsveçrə.
5 xal - Serbiya, Belçika.
4 xal - Almaniya.
3 xal - Latviya, Sloveniya.
2 xal - San Marino, Hollandiya, İrlandiya.
İsveç, Böyük Britaniya, Norveç, Ermənistan, Finlandiya, Estoniya, Danimarka və Makedoniya Azərbaycan təmsilçisinə səs verməyiblər.
Final yarışmasında çıxış edən ölkələrin yekun nəticələri aşağıdakı kimi olub:
1 - Danimarka - 281
2 - Azərbaycan - 234
3 - Ukrayna - 214
4 - Norveç - 198
5 - Rusiya - 174
6 - Yunanıstan - 152
7 - İtaliya - 126
8 - Malta - 120
9 - Hollandiya - 114
10 - Bolqarıstan - 84
11 - Moldava - 71
12 - Belçika - 71
13 - Rumaniya - 64
14 - İsveç - 62
15 - Gürcüstan - 50
16 - Belorusiya - 48
17 - İslandiya - 47
18 - Ermənistan - 41
19 - Böyük Britaniya - 23
20 - Estoniya - 19
21 - Almaniya - 18
22- Latiya - 17
23 - Fransa - 14
24 - Finlandiya - 13
25 - İspaniya - 8
26 - İrlandiya - 5
Maraqlıdır ki, Fərid Məmmədova ermənilər də səs verib. anspress-in məlumatına görə, bunu hətta açıq şəkildə bəyan edənlər var. Belə ki, Melina Arzumanyan adlı twitter istifadəçisi öz bloqunda belə yazıb: “Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!”.
Bundan sonra erməni istifadəçilər Melina Arzumanyana qarşı hücumlara başlayıblar. “Virtual terror”dan bezən Arzumanyan isə bloqunu gizlətməyə məcbur olub...
***
Bu arada “Eurovision-2013" mahnı müsabiqəsində qalibin oxuduğu mahnının plagiat olduğu iddia edilib. Bu barədə məlumat sosial şəbəkədəki ”Kanal Baku - News 24 Azerbaijan" səhifəsində yayılıb. Mahnının 2008-ci ildə ifa edildiyini bildirən səhifə hər iki mahnını qarşılaşdıraraq video hazırlayıb və bunu “YouTube” portalına yerləşdirib...
***