vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
REGİON  
16:36 | 2 sentyabr 2015 | Çərşənbə Məqaləyə 967 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvan yenə qarışdı

«Ermənilər «talana son» qoymaq fikrindədirlər

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda vəziyyət yenidən gərginləşib. Strateq.az Rusiyanın tr.sputniknews.com informasiya portalına istinadən xəbər verir ki, yenə İrəvanın Baqramyan prospektinə toplanaraq etiraz aksiyası keçiriblər.

Qeyd edək ki, «Talana son» şüarı ilə keçirilən ilk aksiyalar bir neçə ay bundan əvvəl başlamışdı. O zaman elektrik qiymətlərini 17 faiz artıran hökumətin siyasətinə etiraz etmək məqsədilə toplanan gənclərin qarşısı rəsmi İrəvana tərəfindən zor gücünə alınmış, məsələyə yenidən baxılacağına söz verilmişdi. Aksiya iştirakçıları bu fikirlə razılaşmayaraq, aksiyalarını davam etdirmişdilər. Üzləşdikləri xüsusi amansızlıq nəticəsində getdikcə sıraları azalan gənclər, nəhayət, mitinqi dayandırmağa məcbur olmuşdular.

Görünür, ermənilər öz haqlarını yeyən, bu da azmış kimi, bir də kommunal xərcləri artıran hakimiyyətə qarşı mübarizələrini dayandırmaq fikrində deyillər. Onlar yenidən qüvvələrini toparlayan aksiyalara başlayıblar.

Sentyabrın 11-də etirazların ikinci dalğasının başlanacağını elan edən aksiyaçılar təzyiqli su vasitəsilə dağıdılıb. Təşkilatçılardan 6 nəfərin həbs olunduğu bildirilir.