vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
QARABAĞ  
14:03 | 26 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 1446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Snayper savaşı» başlayır

Qarabağa erməni qadın snayperlər gətirildi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər rayonlarına qadın snayperləri yollamağa başlayıb.

Milli.az bildirir ki, Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında xüsusi hazırlıq keçmiş bu qadın snayperlər Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı postlarda yerləşdirilirlər. Ayın əvvəlindən bəri Dağlıq Qarabağa Ermənistandan 19 qadın snayperin göndərildiyi iddia olunur. Onların əksəriyyəti Britaniyanın «Accuracy International» şirkətinin istehsalı olan «L96A1 Tross / Arctic Warfare» snayper tüfəngi ilə təmin olunub.

Bununla yanaşı, erməni qadın snayperlərin yerdə qalan qismində Rusiya istehsalı olan OSV-96, V-94, SVD və SV-98 snayper tüfəngləri də var.

Erməni qadın snayperlərin xidmət etdikləri hərbi hissələrə gəldikdə, onlar Ermənistanın Karçaxpyur şəhərindəki 555-ci, Nubaraşendəki 545-ci və İcevandakı 246-cı motoatıcı alaylarn hərbi qulluqçularıdır.

Qarabağa bu yaxınlarda Ermənistanın Sisyan şəhərindəki 2-ci motoatıcı briqadadan da bir neçə qadın snayperin göndəriləcəyi iddia olunur.

Ekspertlərin fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində Azərbaycan ordusunun erməni təxribatlarına cavab atəşləri nəticəsində ağır zərbələr alan ermənilər «snayper savaşı»nı yenidən bərpa etmək, bu minvalla mövqelərinin «təhlükəsizliyi»ni təmin etmək istəyirlər.