12:46 | 19 may 2013 | Bazar
Məqaləyə 2344 dəfə baxılıb
Şriftin ölçüsü
“Çox şükür!”
İranda həbsdə saxlanılan AMEA-nın elmi işçisi və onun sürücüsü azadlığa buraxılıb
Trend
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şair tutuldu
Gənc fəala 2 il 3 ay həbs qərarı verilib
-
“Əsəblərim yerində deyil”
Şamxal Hüseynov: “Hər şey normaldır”
-
İranda həbsdə saxlanılan Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.
Bu barədə Trend-ə Azərbaycan Milli Məclisinin deputatı, İranda səfərdə olan nümayəndə heyətinin üzvü Eldar İbrahimov bildirib.Nümayəndə heyətinə Qafqaz Müsəlmanlar İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik edir.
İranın Azərbaycandakı səfiri Mövsüm Pakayin Trend-ə məlumatı təsdiqləyib. O bildirib ki, yaxın günlərdə Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov Azərbaycana göndəriləcəklər.
Xatırladaq ki, aprelin 30-da İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana iki nota verib.