vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
18:04 | 6 iyun 2013 | Cümə axşamı Məqaləyə 2130 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əsəblərim yerində deyil”

Şamxal Hüseynov: “Hər şey normaldır”

AzNews.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Aprelin 30-dan İran İslam Respublikasında həbs edilən və bu gün Azərbaycana qaytarılan AMEA-nın elmi işçisi Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov APA-ya açıqlama veriblər. Hər iki şəxs artıq evlərində olduqlarını deyiblər.

X.Xalid açıqlamasında qeyd edib ki, hələlik müsahibə verməyə hazır deyil, istirahətə ehtiyacı var. O, əsəblərinin yerində olmadığını, bir qədər istirahət etmək istədiyini qeyd edib. X. Xalid İranda saxlandıqları müddətdə bu məsələni diqqətdə saxlayan mətbuata, o cümlədən APA-ya təşəkkür edib.
Ş.Hüseynov da APA-ya açıqlamasında çox danışa bilmədiyini, hər şeyin normal, sağlamlığının yerində olduğunu deyib.
Qeyd edək ki, X. Xalid və Ş.Hseynov bu gün Tehran-Bakı təyyarəsi ilə Bakıya dönüblər. X. Xalid və Ş. Hüseynov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verməyiblər.
Qeyd edək ki, Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.
Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə iyunun 3-də təhvil veriliblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.
Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar.
Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar - Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadiyan (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçıdır.