vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
18:35 | 28 oktyabr 2016 | Cümə Məqaləyə 751 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni diasporundan Sərkisyana ultimatum

«Biz varıq və hakimiyyətdə təmsil olunmaq istəyirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

Erməni əsilli ABŞ vətəndaşı, milyarder Vaaqn Ovnanyanın kürəkəni, Ermənistan ordusunun ehtiyatda olan polkovniki Artur Aleksanyan-Amarasi yeni hərəkat təsis edib.

«Report» Ermənistan KİV-inə istinadən xəbər verir ki, yeni hərəkat «Birləşmiş Ermənistan» adlanır.

«Biz hərəkatı gələcəkdə parlamentin Yuxarı Palatasının yaranması və erməni diasporunun orada təmsil olunması məqsədilə təsis etmişik», - deyə milyarderin kürəkəni bildirib.

Məlumata görə, hərəkat 2017-ci ilin aprelində keçirilməsi nəzərdə tutulan parlament seçkilərində iştirak edəcəyini açıqlayıb.

Erməni diasporu bununla Ermənistandakı hakimiyyətə «biz varıq və hakimiyyətdə təmsil olunmaq istəyirik» mesajını verir. Ona görə də, əslində təşkilatı amerikalı milyarder yaradıb. Beləliklə, onlar Ermənistanın ictimai-siyasi həyatında daha fəal və açıq-aşkar təmsil olunmaq istədiklərini bəyan edirlər. Çünki hərəkat Ermənistan konstitusiyasının da dəyişdirilməsini qarşısına məqsəd qoyub. Hərəkatın lideri sayılan Aleksanyan deyib: «Konstitusiya lazım olanda lap 10 dəfə də dəyişdirilməlidir. Diasporun nümayəndələri ölkənin idarə edilməsində qanuni olaraq təmsil olunmalıdırlar. Hazırda diaspor ölkədə gedən proseslərdən kənarda qalıb. Biz hesab edirik ki, Ermənistan həm də erməni diasporunun dövlətidir».

Qeyd edək ki, Vaaqn Ovnanyan 1932-ci ildə İraqın Kərkük bölgəsində anadan olub. Vaaqn 1959-cu ildə qardaşları ilə birlikdə «Hovnanian Brothers Corporation» tikinti şirkətini yaradıb və şirkət prezidentinin müavini işləyib. O, 2015-ci ilin avqustunda ölüb.

Onu da ehtimal etmək olar ki, milyarderin ailəsi kürəkənini böyük iddialarla irəli çıxarıb, onu deputat mandatı ilə təmin etmək istəyir. Bu, həm də Ermənistan hakimiyyəti ilə diasporu arasında özünəməxsus bazarlıq da sayıla bilər.

Ermənistan prezidenti Serj Sərkisyanla erməni diasporunun təmsilçiləri arasında münasibətlər yaxşı deyil. Düzdür, o, son çıxışlarında ölkənin mövcudluğu amillərindən biri olaraq, diasporun adını xüsusi vurğulayıb. Ancaq bir neçə gün əvvəl S.Sərkisyanın Niderlanda səfəri zamanı baş verənlər prezidentlə diasporun münasibətlərinin qaydasında olmadığını deməyə əsas verir. Bu ilin yayında Ermənistanda bir qrup şəxs polis binasını tutmuşdu. Hakimiyyət dinc deyil, qan tökmək yolu ilə binanı etirazçılardan boşaltmışdı. S.Sərkisyan rejiminin əməlinə ilk etiraz edən isə o vaxt məhz Niderlanddakı diaspor nümayəndələri olmuşdu. Ölkədə elektirk enerjisinin qiymətinin bahalaşdırılmasına etiraz olaraq ötən ilin yayında keçirilən aksiyalar zamanı da diaspor hakimiyyətdən narazı qalmışdı.

S.Sərkisyan Niderlandda onunla görüşmək istəyən diaspor təmsilçilərindən gizlənib. Bu, son ayda ikinici hadisədir. Ermənistan rəhbəri iki həftə əvvəl Nyu-Yorkda səfərdə olarkən, diaspor nümayəndələri onun toplantı keçirdiyi binanın qarşısında etiraz aksiyası keçirmişdi. Onda mühafizəçiləri S.Sərkisyanı arxa qapıdan çıxarmağa məcbur olmuşdular.

Bəzi məlumatlara əsasən, ölkə prezidenti dayaqlarından birini artıq itirməkdədir. O, daha çox Moskvaya arxalanır. Avrasiya İnkişaf Bankının (AİB) İnteqrasiya Araşdırmalar Mərkəzinin «AİB inteqrasiya barometri» adlı illik araşdırmasında bildirilib ki, bu il Ermənistanda əhali arasında Rusiyanı dost hesab edənlərin sayı 17 faiz azalaraq 69 faizə düşüb. Araşdırmada qeyd olunub ki, əvvəlki illərdə Ermənistanda bu göstərici çox yüksək olub. Məsələn, 2015-ci ildə bu göstərici 86 faiz, 2014-cü ildə isə 87 faiz təşkil edib. Sənəddə qeyd edilib ki, 2015-ci ildə Rusiya şirkətləri tərəfindən təchiz edilən elektrik enerjisi qiymətlərinin əhəmiyyətli dərəcədə artması bu məsələdə əsas rollardan birini oynayıb.