«Panikada olan əhalini sakitləşdirirlər»
General Aydəmirov: «Ermənilərin 2-3 hərbçisi birlikdə rahat hərəkət edə bilmir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hərbçilər prezidentin fərmanını dəyərləndirdi
“Bu orduda böyük ruh yüksəkliyi yaradacaq”
-
««Polonez» «İsgəndər»lə rəqabət apara bilər»
General Aydəmirov: «Döyüşdə istifadə olunmayan rus silahının imkanları barədə dəqiq fikir söyləmək qeyri-ciddilik olar»
-
Ermənilər Qarabağdan qaçır
BMT məlumat yayıb
-
Təpədən-dırnağa silahlı media
Erməni jurnalistləri təmas xəttində çəkilişi «Kalaşnikov»la aparıb?
-
«Ermənilərin fəlakətinə gətirib çıxacaraq»
General: «Ordumuz düşmənə aprel döyüşlərindən daha ağır zərbələr endirəcək»
-
«Şəhidimizin qisası tezliklə alındı»
Yaşar Aydəmirov: «Ermənilərin mənasız itkilərinin sayı artacaq»
-
«Ermənilərin toy-bayramı sona çatdı»
«İsgəndər» eyforiyasını «İldırım» vurdu
-
«Rayona çevriləcək...»
General Balasanyan erməniləri Talışa qaytarmaq planını açıqladı
-
Erməni komandirdən etiraf…
«Talışı yenidən məskunlaşdırmaq mümkün deyil»
-
«Yayılan məlumat erməni təbliğatının növbəti hiyləsidir». Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. «Erməni mətbuatının yaydığı guya Talış kəndində aprel hadisələrində məhv edilmiş Sisianlı quldurlara abidə açılışı zamanı təntənəli mərasim keçirilməsi barədə informasiya absurd, qeyri-peşəkar, uğursuz təqdim edilmiş xəbərdir».
General-leytenant Y.Aydəmirov deyib ki, bu, Ermənistan və qondarma Dağlıq Qarabağ hərbi-siyasi rəhbərliyinin panikada olan, oradan qaçmağa yollar axtaran erməni əhalisini qismən də olsa sakitləşdirməyə və boş ümidlər verməyə hesablanmış təbliğat hiyləsindən başqa bir şey deyildir: «Əvvəla, ermənilər bu cür məlumat yaymaqla Ermənistanın Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak etdiyini və aprel hadisələrində təkcə bir istiqamətdə böyük itkilər verdiklərini növbəti dəfə boyunlarına almış oldular. Məkanı bəlli olmayan, haradasa cəbhəboyu zonadan kənarda, dağların arxasında keçirilmiş kiçik tədbirdən çəkilmiş və montaj edilmiş fotoda bir qrupun yığışaraq «təntənəli keçidi» izləməsi heç də «möhtəşəm» mərasimin keçirilməsi demək deyil. Ora toplaşanlar isə separatçıların dəstə başçısı Saakyanın özü ilə gətirdiyi tör-töküntüləridir. Mənə, hərbiyə yaxın olan bir şəxs kimi, tam məlumdur ki, Talış kəndi yaxınlığında düşmənin hətta 2-3 hərbi qulluqçusunun belə birlikdə rahat hərəkət etməsi qeyri-mümkündür. Tam məsuliyyətimlə sizi əmin edirəm ki, qoşunlarımız həm Talış kəndi ətrafındakı yüksəklikləri, həm də düşmənin dərinliyindəki əraziləri daim nəzarətdə saxlayır». (APA)