«Ermənilərin toy-bayramı sona çatdı»
«İsgəndər» eyforiyasını «İldırım» vurdu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hərbçilər prezidentin fərmanını dəyərləndirdi
“Bu orduda böyük ruh yüksəkliyi yaradacaq”
-
«İsgəndər»lər «Metsamor» AES-i qoruyur?
Yaşar Aydəmirov: «Cəfəngiyatdır, bu sistemlər hava hücumundan müdafiə üçün nəzərdə tutulmayıb»
-
Ermənistan Rusiyadan yenə «İsgəndər»lər alır?
Moskva İrəvanı güzəştli qiymətə silahlandırmaqla elə situasiya yaratmağa çalışır ki, …
-
««Polonez» «İsgəndər»lə rəqabət apara bilər»
General Aydəmirov: «Döyüşdə istifadə olunmayan rus silahının imkanları barədə dəqiq fikir söyləmək qeyri-ciddilik olar»
-
«Nəticə əladır!»
Zakir Həsənov: «Azərbaycanın «İsgəndər» raketlərini vurub sala biləcək silahları var»
-
«İsgəndər»dən də qorxulu «İldırım»
Azərbaycanın maraq göstərdiyi «Qrom» operativ-taktiki raketləri: işlər yekunlaşır
-
«Niyə məhz Ermənistan?»
«Washington Post»: ««İsgəndər» raketləri Avropada sabitliyə təhlükə törədir»
-
Putin «İsgəndər»lərini Berlinə tuşladı
«Avropanın təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçiririk»
-
«Ermənilərin fəlakətinə gətirib çıxacaraq»
General: «Ordumuz düşmənə aprel döyüşlərindən daha ağır zərbələr endirəcək»
-
«Şəhidimizin qisası tezliklə alındı»
Yaşar Aydəmirov: «Ermənilərin mənasız itkilərinin sayı artacaq»
-
Rusiyanın «İskəndər»i Ermənistana verməkdə ilginc məqsədi
«Moskvanın icazəsi olmadan «İskəndər»dən istifadə edilə bilməz»
-
«İsgəndər»in qənimi «İldırım»
Azərbaycan ordusu «Barak-8»lərin döyüş atışını həyata keçirdi
-
Ruslar indi də «nüvə qatarı» düzəldirlər
«Barquzin» «Molodets»dən daha dəqiq və sürətlidir
-
Müharibə riski artır
«Azərbaycan və Ermənistan müharibəyə hazırdır»
-
«Panikada olan əhalini sakitləşdirirlər»
General Aydəmirov: «Ermənilərin 2-3 hərbçisi birlikdə rahat hərəkət edə bilmir»
-
«Ermənilərin «İsgəndər» operativ-taktiki raketlərə malik olmalarını toy-bayram etmələri sona çatdı. Silahlı Qüvvələrimizin arsenalındakı ən müasir hücum və müdafiə silahları Ali Baş Komandan tərəfindən ordu qarşısında qoyulan istənilən tapşırığın yerinə yetirilməsinə imkan verir».
Bunu APA-ya açıqlamasında sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov «İldırım» zenit-raket komplekslərinin hazırlıq vəziyyətinə gətirilərək döyüş atışlarının keçirilməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, ərazimizi düşmənin mümkün hava hücumundan qorumaq üçün yaradılan eşelonlaşdırılmış müdafiə və digər kompleks tədbirlər istənilən addımın qarşısını almağa imkan verir: «Deyə bilərik ki, bu gün uğurlu atışları həyata keçirən və ilk atışdan hədəfi məhv edən «İldırım» kompleksi, eləcə də Azərbaycan Ordusunun arsenalında olan bu tipli digər müasir komplekslər erməni tərəfinin «İsgəndər» sevincinə son qoydu. Bu komplekslər sutkanın istənilən vaxtında, çətin iqlim və döyüş şəraitində, müxtəlif hündürlük və uzaqlıqda olan bir neçə hava hədəfini, eləcə də bütün aerodinamik, hətta taktiki, ballistik raketləri də aşkar və məhv etməyə qadirdir.
İndi tam əminliklə deyə bilərik ki, hazırda Azərbaycanın hava hücumundan müdafiə sistemi tək ölkənin işğal altındakı ərazilərini deyil, eyni zamanda Ermənistanın bütün hava məkanını da nəzarət altında saxlayır. Azərbaycan öz hava məkanını istənilən hücumdan müdafiə etməyi bacaracaq. Amma Ermənistanın bunu edə bilməsi çox böyük sual doğurur və real yanaşsaq, icrası da mümkün deyil. Düşmən onu da bilməlidir ki, Azərbaycanın sərəncamında olan yüksək dəqiqliyə və böyük dağıdıcı qüvvəyə malik yüzlərlə digər raketlər işğal altındakı ərazilərdə və Ermənistanda istənilən hərbi obyekti darmadağın etməyə hazırdır».