vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
21:26 | 18 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 2013 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Niyə məhz Ermənistan?»

«Washington Post»: ««İsgəndər» raketləri Avropada sabitliyə təhlükə törədir»

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Qafqaz dağları Ermənistan prezidenti Serj Sərkisyanın təhlükəli hədələrinə görə yeni nüvə təhlükəsi ilə üzləşə bilər.

Modern.az xəbər verir k, bu barədə Ata Corc Buşun hakimiyyəti dövründə ədliyyə nazirliyində çalışmış Lloyd Qrin «Washington Post» qəzetində yazdığı məqalədə deyir.

«Ötən ilin payızında Ermənistan Rusiyadan «İsgəndər» raket kompleksləri aldı. Bu Azərbaycan və onun NATO-dakı müttəfiqi Türkiyəyə ciddi təxribatçı siqnal idi. Əslində bu, Moskvanın Yaxın Şərq və Avrasiyada raket kompleksləri yerləşdirərək Qərb maraqlarını hədəfə alma siyasətinin bir hissəsidir».

Qrinin fikrincə, ən böyük təhlükə həmin raketlərin nüvə başlığı daşıya bilməsindədir.

«Sanki, raketlərin mövcudluğu kifayət etmirmiş kimi, Serj Sərkisyan qanunsuz işğalda saxlanılan Qarabağ ərazilərinə gedərək onun hökumətinin müasir və dağıdıcı gücə malik olması idi öyündü. Ermənistanın qonşularını qorxutmaqla yanaşı, Sərkisyan Vaşinqtonun narahatlığına səbəb oldu», – deyə məqalədə yazılıb.

«Jamestown Foundation» Araşdırmalar Mərkəzi Kapitolidə Ermənistanın «İsgəndər» raketlərinə malik olması ilə bağlı diskussiya keçirmişdi. Müzakirələrdən çıxan nəticə yeni silahın «Avropanın stabilliyinə təhlükə törətdiyi, ABŞ-ın müttəfiqlərini çətin vəziyyətə saldığı və ola bilsin ki, 1988-ci ildə orta və yaxın mənzilli raketlər imzalanmış müqaviləni pozur».

«Və bu zaman Rusiya barədə suallar doğulur. Ermənistan Rusiyadan «İsgəndər» raketlərini alan yeganə dövlətdir. Niyə məhz Ermənistan? Ola bilsin ki, Azərbaycanda  raketin hədəfi olacaq ən vacib infrastruktur Avropanın enerji təhlükəsizliyini təmin edən və Qərb, o cümlədən ABŞ şirkətlərinin idarəçiliyində olan firmalardır. Başqa bir variant, Rusiyanın Krımda atdığı addım kimi regionda nüfuzunu bərpa etmək cəhdi ilə bağlı ola bilər».