Rusiyanın «İskəndər»i Ermənistana verməkdə ilginc məqsədi
«Moskvanın icazəsi olmadan «İskəndər»dən istifadə edilə bilməz»
Nairi GOHİKYAN, Hetq (Ermənistan)
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
İran prezidenti Həsən Ruhaninin Ermənistan səfəri bölgənin başqa paytaxtlarında maraq və eyni zamanda narahatlıq doğurub. Azərbaycan narazılığını daha gizlətmir və İranın düşməni elan edilmiş İsraillə strateji əməkdaşlığı lap dərinləşdirmək hədəsi gəlir. Bu arada İsrail baş naziri Benyamin Netanyahunun dekabrın 13-də Bakıya səfəri özlüyündə münasibətlərin dərinləşməsiydi və bundan nəticə çıxartmış iranlılar İrəvandan uyğun cavab verirlər. Bu qonşularımızın mübarizə mövqeyi haqdadır.
Ermənistan tərəfinin strateji və siyasi maraqlarına gəlincə, İrəvan superdövlətlərin maraqlarını yeritməkdən başqa öz milli maraqlarının irəliləməsi üçün hələlik önəmli addımlar atmayıb. Həmçinin «İskəndər»lər, «Qasırğa» zenit-raket sistemləri, «İnfaun» müasir radioelektron əks-təsir vasitələrinin 2016-cı ilin sentyabrında Müstəqillik paradında nümayiş etdirilməsini də bu kontekstdə nəzərdən keçirmək lazım gəlir. Bu, Azərbaycan və Türkiyədə panika doğurub, lakin Rusiya tərəfi bir müddətdən sonra siyasi və ictimai ruporları vasitəsilə onları sakitləşdirməyə çalışdı. Əvvəlcə Rusiyanın məşhur siyasi analitiki Vadim Dubnov bildirdi ki, Moskavanın icazəsi olmadan «İrəvan «İskəndər»lərin düyməsini basmayacaq» və Moskva Ankara və Bakıya atəş açmağa yol verməz.
Digər tərəfdən, Rusiyadan Bakıya dövri olaraq ezam edilən baş nazirin birinci müavini Dmitri Raqozin dekabrın 15-də Bakıda olarkən gizlətməyib ki, səfərinin məqsədlərindən biri Rusiyanın Ermənistana «İskəndər» tədarük etmək qərarıyla bağlı izahat verməkdir. Onun izahatının mətni məlum olmasa da, Azərbaycan tərəfi Raqozinlə görüşdən sonra «İskəndər» təhlükəsindən bir də danışmır.
Ermənistanın qərb və şərq qonşularının bu cür qorxduğu «İskəndər» özlüyündə nədir? Bu, 280-500 km mənzilli superdəqiq ballistik raketdir. O, düşmənin canlı qüvvəsi, infrastrukturu, hərəkət edən hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Başqa hesablamalara görə: Ermənistan sərhədlərindən Bakıya qədər məsafə, təxminən, 351 km, Dağlıq Qarabağ Respublikasının uyğun yerlərindən cəmi 271 km, Azərbaycanın mühüm obyektlərinə qədər isə hətta 100 km-dən də az təşkil edir. Ermənistana tədarük edilmiş «İskəndər» sisteminin atəş məsafəsi 300 km-dir, hətta sistemi praktik olaraq vurmaq mümkün deyil, düşmənin hava müdafiəsi sistemini dəf edir – təbii ki, Rusiya istehsallı bəzi HHM sistemlərindən başqa.
Azərbaycan-Türkiyə istiqamətində məhz bu məlumatlar narahatlıq və təlaş doğurur, lakin bundan qısa bir müddət keçdikdən sonra Ankara və Moskva arasında 2016-cı ilin noyabrında bəzi suallara cavab verən məxfi danışıqlar başlanıb.
Birincisi, Türkiyə hələ 2009-cu ildən bu sahədə dünya üzrə ən yaxşılarından biri sayılan ən yeni S-400 HHM sistemləri əldə etmək arzusunda idi. Rusiya tərəfinin təklif etdiyi qiymət Türkiyə üçün sərfəli deyildi, «İskəndər»in İrəvanda peyda olması isə Türkiyə tərəfini qiyməti endirmək cəhdindən imtina və Rusiya variantına razılaşmağa məcbur etdi. Başqa sözlə, ruslar İrəvan paradı və nümayiş etdirilən «İskəndər»dən istifadə edib ki, S-400-ü Türkiyəyə lazımi qiymətə satsın. Hərbi-texniki əməkdaşlıq üzrə Federal agentliyin rəhbəri Aleksandr Fomin 2016-cı il noyabrın 21-də rəsmən bildirib ki, Türkiyə tərəfi ilə danışıqlar final mərhələsinə girib və «Triumf» S-400 sistemlərinin tədarükü tezliklə həyata keçiriləcək.
S-400 hava hücumundan müdafiə sistemi o cümlədən ballistik raketləri də vura bilər. O, 600- km-ə qədər məsafədə hədəfi qeydə alır, ballistik raketləri isə 60 km məsafədə vurur.
Belə çıxır ki, Ermənistan Moskvanın icazəsi olmadan «İskəndər»dən istifadə edə bilməz, Moskva isə bu silahın satılması sayəsində Ankaraya S-400 sata bilib və bundan istifadə Moskvanın istəyindən asılı olmayacaq.
Digər tərəfdən, İsrail baş naziri Benyamin Netanyahu Bakıda təsdiq edib ki, Azərbaycana «Dəmir günbəz» HHM sistemi tədarük etmək üçün dövlətlərarası saziş var. Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov gizlətmir ki, İsrail sisteminin Rusiya «İskəndər»ərinə qarşı durması çətindir, lakin Rusiya baş naziri I müavininin vədi olduğundan onlar sakit ola bilərlər.
Bütün bu dolaşıq bölgəsəl qüvvələr tərtibi kontekstində İran prezidenti Həsən Ruhaninin İrəvan səfəri rəsmən iqtisadi əməkdaşlıq addımı kimi təqdim olunur, lakin İran və Ermənistanın Azərbaycan və İsrailin hərəkətinə cavabı ola bilər.
Eyni zamanda Ermənistan Rusiyaya bir neçə sual verməlidir: bizə «İskəndər»lərin tədarükü ilə bağlı Azərbaycana hansısa izahatlar niyə verilməlidir? Azərbaycan isə Rusiya silahı ilə Ermənistan əsgərlərini öldürəndə bu, biznesin sadə məntiqi ilə izah olunur. (Strateq.az)