«İsgəndər»dən də qorxulu «İldırım»
Azərbaycanın maraq göstərdiyi «Qrom» operativ-taktiki raketləri: işlər yekunlaşır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
Ukraynanın «Cənub» Konstruktor Bürosu «Qrom» operativ-taktiki raketləri üzərində işləri başa çatdırmaq üzrədir.
Virtualaz.org xəbər verir ki, bu barədə konstruktor bürosunun baş konstruktoru Aleksandr Deqtyarov «Ukrinform»a bildirib. Onun sözlərinə görə, «Qrom» raketinin iki versiyası üzərində iş gedir. Bunlardan birinin radiosu 250, digərinin radiusu 450 kilometr olacaq. Deqtyarovun dediyinə görə, onlar habelə 150 km mənzilli yüksək dəqiqlikli qanadlı raketlər və iki Hava Hücumundan Müdafiə sistemi üzərində də işləyirlər.
Gözlənilir ki, bu il ərzində «Qrom» raketlərinin sınaqları başlayacaq. Bu raketlərə maraq ona görə böyükdür ki, onlar Rusiyanın «İsgəndər» operativ-taktiki raketlərinin analoqu kimi nəzərdə tutulur. «Qrom» raketlərinin planlaşdırılan taktiki-texniki göstəricilərinə görə o, kvaziballistik trayektoriya ilə hərəkət edəcək və beləliklə də radarlardan yayınacaq, 500 kiloqrama yaxın döyüş başlığı daşıyacaq.
Ukrayna sovet dövründə güclü raket sənayesinə malik olub. Lakin SSRİ-nin dağılmasından sonra bu sahədə tənəzzül yaşanıb və müəssisələr sıradan çıxıb. Krımın Rusiya tərəfindən ilhaqından və Donbasda müharibənin başlamasından sonra Ukrayna öz hərbi sənayesini dirçəltməyə çalışır. O cümlədən yüksək dəqiqlikli operativ-taktiki raketlər üzərində işləyir. «Qrom» raketləri də onlardan biridir. Hansı ki, bu raketlərə Azərbaycanın da maraq göstərdiyi məlumdur. Azərbaycan «Qrom» raketlərini Rusiyanın Ermənistana verdiyi «İsgəndər»lərə cavab olaraq nəzərdən keçirir. Bu, silahlı qüvvələrin yaxın və orta mənzilli ballistik raketlər, habelə operativ-taktiki raketlərlə təchizatına dair strategiyanın bir hissəsidir. Artıq məlum olduğu kimi Bakı bu istiqamətdə bir neçə ölkə ilə işləməkdədir.
«Qrom» raketləri üzərində işi tamamlamaq üçün «Cənub» Konstruktor Bürosu məlumatlara görə Səudiyyə Ərəbistanından maliyyə alıb, lakin Azərbaycanın da bu raketin işlənib hazırlanması üçün həmin müəssisə ilə əməkdaşlıq etdiyi barədə məlumatlar var. Hərbi ekspertlərə görə, «Qrom» raketlərinin sınaqları başa çatandan sonra Azərbaycan onu sifariş verə biləcək ilk müştərilərdən biri ola bilər.