«...Hər iki ölkənin maraqlarına cavab verir»
Əli Həsənov: «Azərbaycan-Rusiya Regionlararası Forumu xüsusi aktuallıq kəsb edir...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
““Lider”in eyforiyası”
Əli Həsənov radikal müxalifətə niyə hücum edir?
-
İlham Əliyev dövlətçiliyin keşiyində, ...
... antimilli qruplar isə hakimiyyət eşqində
-
“Yalan və saxtadır!”
Prezidentin köməkçisi İlham Əliyev haqqındakı iddiaları təkzib etdi
-
Əli Həsənov üçün xüsusi tarix - 10 MART
Prezidentin köməkçisi 59 yaşını tamamladı
-
“Məişət zəminində yaşanan hər hansı insident...”
Əli Həsənov azərbaycanlılarla çeçenlərin davası haqda ...
-
Prezidentin köməkçisindən çağırış
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
-
“Son 15 il tarixi uğurlarla yadda qalıb”
Ə.Həsənov: “Azərbaycan dünyanın enerji xəritəsini dəyişib”
-
Tarixin ən vacib mərhələsində siyasət meydanına çıxan şəxsiyyət
“Nursultan Nazarbayev. Həyat yolu” kitabının Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib
-
“Dini etiqad hər kəsin şəxsi işidir”
Əli Həsənov: “Müsəlmanlar üçün duaya çağırış başqa dinlərə etiqad edənlərə mane olmamalıdır”
-
“Özünü Avropadakı “iaşə müxalifəti lideri” kimi tanıtmış...”
Prezidentin köməkçisindən sərt sözlər
-
“Azərbaycanda heç kimin qəlbində dini ayrı-seçkilik yoxdur”
Əli Həsənov: “Ümummilli lider Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin nümunəvi modelini yaratdı”
-
““Söyüş kampaniyasının” səmərəsizliyi onların yuxusunu ərşə çəkib”
Əli Həsənov: “Bu, Azərbaycana, onun milli maraqlarına qarşı qurulmuş növbəti məkrli oyundur”
-
«Onların yanında olanda özümü çox güclü hesab edirəm»
Əli Həsənov: «Jurnalistlərlə ünsiyyətdə olmaq mənim üçün çox şərəfdir»
-
«25 illik müxalifət yenə də öz ampluasındadır»
Əli Həsənov: «Vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir...»
-
«1 həftəyə Qarabağı ...»
Əli Həsənovdan sensasion açıqlama: «... 1 aya Ermənistanın ərazisini götürə bilərik»
-
Azərbaycan «TRT World»lə dünyaya açılır
İngilisdilli türk kanalı ilk müsahibəni prezidentin köməkçisi Əli Həsənovdan alıb
«Beynəlxalq münasibətlərin hazırkı vəziyyətində Azərbaycan-Rusiya Regionlararası Forumu xüsusi aktuallıq kəsb edir». Bu fikri Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini şərh edərkən səsləndirib.
Əli Həsənov jurnalistlərə müsahibəsində bildirib ki, hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin münasibətlərində körpü rolunu oynayır. Həm Rusiyada, həm də Azərbaycanda təşkil olunan Foruma hər iki ölkədən 500-dən çox iştirakçı qatılır. Builki Forumda Rusiyanın bir çox vilayətlərindən, o cümlədən mərkəzi hakimiyyət orqanlarından nümayəndələr iştirak edir.
Prezidentin köməkçisi məlumat verib ki, tədbirdə bir çox sahələr üzrə əlaqələrin geniş spektri müzakirə olunacaq. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı, ticarət, humanitar əlaqələr, gənclər arasında münasibətlər, hər iki ölkənin qeyri-hökumət təşkilatları və media qurumlarının əməkdaşlığı müzakirəyə çıxarılacaq mövzular sırasındadır.
«Həmçinin ötənilki Forumda qəbul olunmuş qərarların icrası ilə bağlı görülmüş işlərə dair hesabat xarakterli çıxışlar olacaq. O cümlədən gələn il üçün regionlararası əlaqələrin genişləndirilməsi sahəsində təkliflər müzakirə ediləcək. Beynəlxalq münasibətlərin hazırkı vəziyyətində Azərbaycan ilə Rusiya arasındakı bu Forum çox aktualdır və hər iki ölkənin maraqlarına cavab verir», - deyə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb.
Əli Həsənov qeyd edib ki, Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr hər iki ölkənin prezidentlərinin diqqət mərkəzindədir. Həm iqtisadi və siyasi sahədə, həm də sosial və mədəni əlaqələr, cəmiyyətlərarası münasibətlər kifayət qədər intensivdir. Bu intensivliyi nizamlamaq üçün belə forumlar zəruridir.