vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
01:31 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 3043 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan internetinə İran nəzarət edir?

«Delta Telecom» bu suala cavab verə bilməyib

MÖVZU İLƏ ƏLAQƏLİ

Hazırda Azərbaycana internetin ixrac və idxal həcminin 100 faizi İran ərazisindən həyata keçirilir. Virtualaz.org İranın MNA agentliyinə istinadən xəbər verir ki, bu ölkənin rabitə naziri Cavad Azəri Cahromi belə bir bəyanatla çıxış edib.

İran məmurunun sözlərinə görə, onun ölkəsi son vaxtlarda «bu sahədə beynəlxalq tranziti 5,6 dəfə yüksəltməyə müvəffəq olub».

Azərbaycandakı İKT sahəsi mütəxəssislərində bu bəyanat, yumşaq desək, çaşqınlığa səbəb olub. İş burasındadır ki, İran uzun illər boyunca bu sahədə inteqrasiya proseslərindən kənarda qalıb və çətin ki, belə qısa vaxtda bu cür irəliləyişə nail ola bilib. Bundan savayı, hansısa ölkə digər ölkənin internet axınının 100 faizinə nəzarət edirsə, bu hal informasiya təhlükəsizliyi baxımından məqsədəuyğun sayılmır.

Virtualaz.org məsələyə aydınlıq gətirilməsi üçün milli telekommunikasiya operatoru olan «Delta Telecom»a müraciət edib, lakin orada İrandan tranzit məsələsinə aid suala cavab verməkdə çətinlik çəkiblər və sualı şirkətin elektron poçtuna ünvanlamağı məsləhət görüblər.

Azərbaycan internet-forumunun prezidenti Osman Gündüz isə virtualaz.org-un müxbiri ilə söhbəti zamanı İranın rabitə nazirinin bəyanatından təəccüb hissi keçirdiyini bildirib.

Ekspertin sözlərinə əsasən, məhz «Delta Telecom» milli telekommunikasiya operatoru İrana internetin əsas ixracatçılarından biridir, əksinə deyil. Bu gün Azərbaycan hər hansı bir ölkənin internet axınından asılı vəziyyətdə deyil.

«Delta Telecom»un ən azı dörd alternativi var və bunların arasında Gürcüstan, Rusiya və Türkiyə ərazilərindən keçməklə marşrutlat mövcuddur», - Osman Gündüz deyib.