vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
20:20 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 1331 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir ay da dözün

Erməni nazir əhalidən xahiş etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Gələn il Ermənistanda əməkhaqqı və təqaüdlər artırılmayacaq. Azvision.az xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vardan Aramyan jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda hökumət üçün iqtisadi artımı təmin etmək vacibdir: «Bu isə gələcəkdə təqaüd və əməkhaqqlarının artmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ümid yaxşı şeydir. Çünki ümidini itirən insanlar effektiv olmur, gələcəkdə irəliyə doğru hərəkət etmək imkanları azalır. Ancaq hərəkətsiz ümid də problemlidir. Ona görə biz tədbirlər görürük və inanıram ki, cəmiyyətdə ümid oyanacaq».

Ermənistanda təqaüdlərin aşağı olduğunu deyən nazir əhaliyə müraciət edib: «Bilirsiniz, mən cəmiyyəti yalnız ümidlərlə qidalandırmaq istəməzdim. Ona görə sizdən xahiş edirəm, bircə ay dözün, yaşayarıq, görərik».