vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
DÜNYA  
08:31 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 1389 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ TPP-dən çıxır

Çin üçün böyük bir gün

MÖVZU İLƏ ƏLAQƏLİ

Donald Trampın Ağ Evdə ilk günündə «Trans-Pacific Partnership» - TPP (Trans-Sakit Okean tərəfdaşlığı) çıxacağını eşitmək Çin hökumətini sevindirəcək.

Pekin illərdir ki, 12 dövlətin regional ticarət anlaşmasının, Asiyada Amerika liderliyini gücləndirmək üçün bir vasitə olduğu barədə Obama administrasiyası tərəfindən deyilənlərə qulaq asır.

Çin anlaşmaya daxil edilməmişdi və prezident Barak Obama bunun təsadüfi olmadığını xatırladırdı. TPP Amerikaya - Çin kimi ölkələrə deyil - 21-ci əsr qaydalarını diktə etmək imkanı verir. Bu isə Asiya-Sakit okeanı kimi dinamik bir region üçün çox önəmlidir.

Bu, heç ticarət qaydaları haqqında da olmayıb. TPP, Obama administrasiyasının «Asiyaya yolu» strategiyasının əsas hissəsi olub. ABŞ Müdafiə naziri Ash Carter-ə görə, bu, ABŞ ixracını çoxaltmaqla yanaşı, Vaşinqtonun Asiya-Sakit okeanında münasibətlərini gücləndirəcək, regionda ABŞ-ın öhdəliyini artıracaq və Amerika dəyərlərinin yayılmasında kömək olacaq.

«TPP-nin təqsdiqi mənim üçün hər hansı digər təyyarədaşıyıcısı qədər vacibdir,» o bildirib.

Heç şübhəsiz ki, Pekin, TPP-ni ABŞ-ın Asiyaya müdaxilə vasitəsi və beləliklə, Çinin artan gücünün qarşısını almaq niyyətində bir plan kimi görürdü.

Elə bu həftəsonu Çinin rəsmi xəbər agentliyi TPP-ni «regionda Vaşinqton idarəçiliyini təmin etmək üçün Obama administrasiyasının geosiyasi strategiyasının iqtisadi qolu» adlandırıb.

Lakin Donald Trampın qalib gəlmə səbəbinin bir hissəsi də, seçicilərin ticarət anlaşmaları və qloballaşma ilə bağlı qəzəbli hissləri olub. Ona səs verənlər ilk iş günü TTP-dən çıxmaq qərarı alacağını görəcəklər. Bu demokratiyadır.

Cənab Tramp sələfinin imza atdığı bir ticarət anlaşmasını pozur. Bundan sonra Pekin Asiya dövlətlərini, Çinin verdiyi vədlərin Amerika vədlərindən daha etibarlı olduğuna inandırmağa çalışacaq.

 

«İnsanlar mütəəssir olacaqlar»

 

Amerika özü istədiyində Asiyada gücə çevrilir, Pekin bildirir, halbuki Çin heç zaman buranı tərk etməyəcək bir gücdür. Sinqapurun Baş naziri Li Hsin Lung avqust ayında Vaşinqtona səfərində bildirmişdi ki, TPP, Amerikanın regiondakı tərəf müqabilləri ilə «münasibətinə xələl gətirir.»

«Onlardan hər biri hansısa daxili siyasi etirazı və həssaslığı boğaraq bu anlaşmaya qoşulublar,» Cənab Li deyib.

«Əgər sonda gəlin səcdəgaha yaxınlaşmasa, məncə, insanlar bundan mütəəssir olacaqlar.»

Bu gün ABŞ diplomatları Asiyada ikibaşlılıq edə bilməzlər. Tərəfdaşlara TPP-nin Asiyada Amerika liderliyini gücləndirmək üçün bir vasitə olduğunu söylədikdən sonra, geri addım atmaq TTP-nin ABŞ liderliyini şübhə altına alacaq. Və bu boş qalan liderliyini ələ keçirmək üçün Çin, hazır vəziyyətdədir.

Peruda ötən həftəsonu baş tutan APEC samitində Çinin prezidenti Xi Cinping üzv ölkələrin liderlərinə bildirib ki, artıq güclü əməkdaşlıqlar, qələbə vəd edən həll üsulları və strateji təşəbbüslərin əsl vaxtıdır.

Çin xarici dünyaya qapılarını daha geniş açacaq.

Prezident Xi ilə birgə səfər edən rəsmilər vaxt itirmədən Pekinin vəd etdiyi ticarət anlaşmalarının müzakirəsinə başlayıblar. Buraya «Regional Comprehensive Economic Partnership» və ya RCEP (Regional İqtisadi Tərəfdaşlıq) və «Free Trade Area of the Asia Pacific» və ya FTAAP (Asiya-Sakit Okean Azad Ticarəti) daxildir.

Beləliklə, bu addımlar, Çinin Asiyada yatırım, ticarət və strateji təsirini artıran «One Belt One Road» (Bir Kəmər Bir Yol) layihəsinə təkan verir. Eyni zamanda Pekin, Asiya İnfrastruktur İnvestisiya Bankı kimi kredit təşkilatlarına yatırımlarını da inkişaf edir.

ABŞ-ın TPP-dən çıxması Çinin strateji maraqlarına daxildir və bu, Amerikanın siyasi anlaşmada uduzması və ya Asiyadakı gücünü itirməsinə görə deyil.

TPP ilə bağlı açıqlama bir çoxlarında qeyri-müəyyənlik yaradıb.

Əgər TPP ilə bağlı qərar ABŞ-ın milli maraqlarını rəqabət əsasında inkişafını bildirsə, demək ki, Amerikanın Asiyadakı tərəfdaşları Cənab Trampın təhlükəsizliklə bağlı qərarlarını böyük narahatçılıq ilə gözləməlidir.

Başqa sözlə, əgər onun Asiya tərəfdaşlarını inkişaf edən Çin tərəfindən təhdid olunarsa, ABŞ onlara kömək edəcəkmi? Cavab hər nə olursa olsun, tərəfdaşlarının bu sualı verməsi artıq Çin üçün yaxşı xəbərdir.

Cənab Tramp prezident kimi ilk iş günündə edəcəyi işlərdən danışarkən, Çin valyutasının manipulyasiyası və ya Çin mallarına cəza tariflərinin tətbiqindən söz açmayıb.

Çinin nifrət etdiyi TPP üçün bir dəqiqəlik anım sükutu: Çin üçün həqiqətən də xoş bir xəbər günü oldu.