vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ARAŞDIRMA  
14:16 | 1 may 2024 | Çərşənbə Məqaləyə 2024 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əti sənin, sümüyü mənim”

Zərbi-məsəlin yaranma tarixi Zərdüştlüyə gedib çıxır

Zaur ƏLİYEV, dosent

Azərbaycanda rast gəldiyimiz “Əti sənin, sümüyü mənim” zərbi-məsəli Şərqin bir çox bölgələrində istifadə edilir. Hətta orta əsrlər dövrünün ən böyük müdrik təbiblərindən biri İbn Sinanın traktatında da oxşar ifadəyə rast gəlmək olur. Onun yanına şagird hazırlığına övladlarını gətirən valideynlər bu ifadəni istifadə ediblər. Bu ifadənin mahiyyətində kimisə birinin tam ixtiyarına verməyi, etibar edib bütünlükdә ona həvalə etməyi vurğulamaq məqsədi durur.

Hətta Azərbaycan mütəfəkkirlərindən Nəcəf bəy Vəzirovun 1873-cü ildə qələmə aldığı “Əti sənin, sümüyü mənim” adlı ictimai-maarifçi məzmunlu əsəri də var.

Bu ifadənin yaranması isə Zərdüştlük ilə birbaşa bağlığı var. Dünyanın ən qədim etiqadlarından olan Zərdüştilik Azərbaycan ərazisində yaranıb. Haşiyədən kənara çıxaraq qeyd edim ki, ABŞ-də saxlanılan “Avesta” əsərində (farsların müdaxilə etmədiyi) Zərdüşt peyğəmbərin anadan olduğu şəhərin adının böyük göl yaxınlığında olan “İrevanc” olaraq qeyd edilir. Əsəri digər yunan, roma və şərq alimlərinin dedikləri ilə müqayisə edib, coğrafi adları uyğunlaşdıranda hazırkı İrəvan şəhəri ətrafı olduğun müəyyən etmək olar.

Bəs “Əti sənin, sümüyü mənim” zərbi-məsəlinin Zərdüştlüklə nə əlaqəsi ola bilər?

Zərdüşt etiqadında olanlar inanıblar ki, həyatın əsasını 4 ünsür təşkil edir ki, bunlar su, torpaq və havadır. Onlar bunları müqəddəs hesab edib və daim təmiz qalmasına səy göstəriblər. Zərdüşt dininə etiqad edənlər odu dörd ünsür içərisində ən müqəddəs, baş ilahi və ülvi qüvvə hesab ediblər. Digər müqəddəs element olan torpağın çirklənməməsi üçün insan qalıqları qüllənin üstünə qoyularaq yırtıcı quşlara yem edilib. Sümüyü isə sonradan götürüb xüsusi daxmalarda, tikililərdə saxlayıblar.  Bu inanca görə ət çürüyüb torpağa zərər verirdi və eyni zamanda daxmalar cəsədlərin və onların mayelərinin yerə və suya dəyməsinin qarşısını almaq, bununla da torpaq və çayları çirkləndirməmək, xəstəliklərə yol verməmək üçün qurulub.

Ölü sahibi xüsusi kahinlərə meyiti təhvil verəndə “Əti sənin, sümüyü mənim” deyiblər və quzğunlar tamamilə sümüyü ətdən ayırandan sonra onları toplayıb xüsusi daxmada saxlayıblar. Məhz ifadə də bu etiqad və inancdan yaranıb.

XII əsr ərəb səyyahı Əl-Qərnati, tədqiqatçı K.E.Eduljin, şərqşünas Bartold və digərləri də bu faktı öz əsərlərində qeyd ediblər.