vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TEXNİKA  
19:46 | 1 may 2024 | Çərşənbə Məqaləyə 1046 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

280 işıq ili uzaqlıqdakı təbiət

1250 dərəcə hava, 8000 kilometr sürətlə əsən külək

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

NASA müəyyən edib ki, hava hadisələri planetimizdən 280 işıq ili uzaqlıqda baş verir. James Webb Kosmik Teleskopunun apardığı ölçmələrə görə, WASP-43 b adlı ekzoplanetdə havanın temperaturu Selsi üzrə 1250 dərəcəyə çatır. Ən aşağı temperatur 600 dərəcə Selsidir.

Küləyin saatda 8 min kilometr sürətlə əsdiyi ekzoplanet orbitində WASP-43 ulduzu ilə “qravitasiya kilidi”ndədir. Buna görə də WASP-43 b-nin bir tərəfi həmişə bu ulduza baxır. Ekzoplanetlə onun ulduzu arasındakı məsafə təxminən 2 milyon kilometrdir.

Bu xüsusiyyətləri ilə WASP-43 b, ulduzlarına yaxınlığı və yüksək atmosfer səthi temperaturlarına görə “isti Yupiterlər” adlanan ekzoplanetlər sinfindədir.

Webb Teleskopunun məlumatlarını 3D iqlim modelləşdirmə proqramları ilə araşdıran elm adamları ekzoplanetin qaranlıq tərəfindəki səmanın sıx buludlarla örtüldüyünü aşkar ediblər.

 “Nature Astronomy” jurnalında dərc edilən araşdırmada ekzoplanetin öz ulduzuna baxan tərəfində səmanın həmişə aydın olduğu müşahidə edildiyi yazılır.

Tədqiqatın həmmüəllifi Taylor Bell ekzoplanetin ilk dəfə 2011-ci ildə kəşf edildiyini, Hubble Kosmik Teleskopu və Spitzer Kosmik Teleskopu ilə aparılan müşahidələrin də tədqiqatda istifadə edildiyini bildirib.

Bell araşdırmanın nəticələri ilə bağlı bunları deyib: “Hubble ilə biz ekzoplanetin gündüz tərəfində su buxarının olduğunu görə bildik. Həm Hubble, həm də Spitzerdən topladığımız məlumatlar da gecə tərəfində buludların ola biləcəyini göstərdi. Ancaq temperatur, bulud quruluşu və külək kimi təfərrüatlar üçün Webb-dən daha dəqiq ölçmələrə ehtiyacımız var idi”.