vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
22:44 | 2 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 223 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Starliner”dən qəribə səslər gəlir

“Boeing” kapsulunun həftə sonu Beynəlxalq Kosmik Stansiyanı tərk edəcəyi gözlənilir

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir həftə sonra qayıdacaqları gözlənilən astronavtlar yəqin ki, Yer kürəsinə fevralda ayaq basacaq. NASA nəticədə “Starliner”in astronavtları daşımaq üçün təhlükəli olduğuna qərar verdi və onlar “SpaceX” shatlında geri qayıtmalı olacaqlar.

“Boeing” kapsulunun da stansiyanı boş qoyaraq, sentyabrın 6-da Yerə qayıtması planlaşdırılır.

Şənbə günü (avqustun 31-də) Uilmore NASA-nın Hyuston komandası ilə əlaqə saxlayaraq “Starliner”dən qəribə səslər gəldiyini söyləyib.

“Ars Technica” texnologiya saytı NASA Kosmik Uçuş forum istifadəçisi meteoroloq Rob Deyl tərəfindən paylaşılan səs yazısı haqqında məlumat verib.

“Starliner haqqında bir sualım var” deyən Uilmore qeyddə deyir: “Dinamikdən qəribə səs gəlir... Bilmirəm nə səsləridir”.

Sonra təkrarlanan tıqqıltı eşidilir.

Hyuston komandası Uilmora səsin vibrasiyaya bənzədiyini söyləyib.

“Starliner” dinamikindən gələn səsin nədən qaynaqlandığı hələ aydın deyil, lakin ilk düşünüldüyü kimi ciddi problem olmaya bilər. Kosmos mühitində belə qəribə halların baş verdiyi daha əvvəl də görülüb.

2003-cü ildə Çinin ilk insan kosmosa uçuşu zamanı astronavt Yang Liyui orbitdə olarkən dəmir vedrəni taxta çəkiclə vurulması kimi bir səs eşitdiyini söyləyib. Sonradan məlum olub ki, səs kosmik gəminin daxili və xarici divarları arasındakı təzyiq fərqindən yaranıb.

Hazırda “Starliner”in bir neçə günə BKS-dəki dayanacağını tərk edəcəyi və “SpaceX”in “Dragon” raketinin boş yeri tutacağı planlaşdırılır. Ən tez sentyabrın 24-də havaya buraxılacaq vasitə iki astronavtı stansiyaya aparacaq.

6 aydan sonra fevralda vəzifə dəyişikliyi zamanı Uilmore və Uilliamsın Yerə qayıtması gözlənilir.