ABŞ-a viza məhdudiyyəti aradan qalxdı
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
14:24 | 21 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 296 dəfə baxılıb
Şriftin ölçüsü
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Trampın alyansa qarşı hansı təsir imkanları var?
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
ABŞ prezidenti bankirlə quda olur
Kosmosdakı peyklərin üçdə ikisi İlon Maska məxsusdur
“Hyperloop” futuristik nəqliyyat ideyası reallığa çevrilmədi
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
ABŞ Prezidenti Donald Trampla texnologiya milyarderi İlon Mask arasında münasibətlərin pozulmasından sonra “SpaceX”in federal müqavilələrinin təhlükəyə düşə biləcəyi” ilə bağlı ehtimallar yaranmışdı. “the Wall Street Journal” (WSJ) qəzetinin yaydığı məlumata görə, Tramp administrasiyası doğrudan da sözləşmələri araşdırmağa başlayıb. Lakin araşdırılan müqavilələrin əksəriyyəti ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və NASA üçün strateji əhəmiyyət daşıdığından, onların ləğvi mümkün olmayıb.
“WSJ”nin mənbələrinə əsasən, söhbət “SpaceX”in həm astronavt daşıyan “Dragon” kapsulundan, həm də aşağı orbitdə yerləşən və internet təminatı üçün istifadə edilən “Starlink” peyklərindən gedir. Bu sahələrdə “SpaceX”in hegemon mövqeyi olduğu vurğulanır.
Qəzetin məlumatına görə, araşdırmalar davam edə bilər. Çünki federal müqavilələrin bəzilərinin davamlılığı Maskın Tramp administrasiyasına qarşı siyasi mövqeyi fonunda müzakirə obyektinə çevrilib.
Xatırladaq ki, İlon Mask bu ilin mayında Trampın dəstəklədiyi vergi endirimi qanun layihəsinə qarşı çıxaraq hökuməti tənqid etmiş və elə ertəsi gün “Amerika Partiyası”nı qurduğunu elan etmişdi. Bundan sonra Tramp da Maskın şirkətlərini – xüsusilə “SpaceX”i – müqavilə ləğvi ilə hədələyib.
Münaqişənin davam etdiyi günlərdə Mask, NASA ilə əməkdaşlıq çərçivəsində astronavtların Beynəlxalq Kosmik Stansiyaya daşınmasında istifadə olunan “Dragon” kapsulunun fəaliyyətini dayandıra biləcəyi ilə bağlı bəyanat verib. Bu açıqlama NASA rəhbərliyi arasında ciddi narahatlıq yaradıb.
Lakin daha sonra Mask bu təhdidin reallaşmayacağını və “SpaceX”in missiyalarına davam edəcəyini bildirib. Hazırda “SpaceX”, Mars missiyası üçün əsas texnoloji tərəfdaşlardan biri sayılır. Rəqib şirkətlər isə nə texnoloji keyfiyyət, nə də xərclər baxımından “SpaceX” səviyyəsində deyil.