
Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
ABŞ Prezidenti Donald Trump, adlarını irqçilik səbəbilə dəyişdirən məşhur idman komandalarına qarşı sərt çıxış edib. Amerika Milli Futbol Liqasının (NFL) komandalarından olan “Washington Commanders”, keçmiş adı “Washington Redskins” (Vaşinqton Qızıldərililəri) olduğu üçün 2020-ci ildə ad dəyişikliyinə getmişdi. Komanda əvvəlcə "Washington Football Team", daha sonra isə 2022-ci ildə "Washington Commanders" adını qəbul etmişdi.
Tramp, bu dəyişikliyi “siyasi düzgünlük çılğınlığı” adlandıraraq özünün “Truth Social” platformasında bu sözləri yazdı:
“Vaşinqton “hər nəysələri” dərhal adını yenidən “Washington Redskins” etməlidir. Bunun üçün böyük bir tələb var!”
Eyni zamanda ABŞ-ın Əsas Beysbol Liqasında (MLB) çıxış edən “Cleveland Indians” komandası da irqçilik səbəbilə adını “Cleveland Guardians” olaraq dəyişdirmişdi. Tramp, həmin komandanın ad dəyişikliyinə də qarşı çıxaraq, komandanın əvvəlki adını qaytarmasını tələb etdi.
Tramp paylaşımında əlavə etdi: “Bu saçma ad dəyişikliyi səbəbilə ard-arda üç seçkini uduzub. Əgər komandanın adını “Cleveland Indians” olaraq dəyişdirsəydi, seçkini qazanardı!”
Tramp daha sonra Vaşinqton komandasına xəbərdarlıq edərək, ad dəyişikliyi həyata keçirilməzsə, yeni stadion layihəsinin qarşısını ala biləcəyi ilə hədələdi. O, bu təhdidi açıq şəkildə ifadə etdi: “Ad dəyişməsəniz, yeni stadion olmayacaq!”
Tramp bu çıxışı ilə yenidən ABŞ-da idmanla siyasətin birləşdiyi sahəyə müdaxilə etmiş oldu. Hələ 2020-ci ildə “Black Lives Matter” (BLM) etirazları zamanı bu məsələlər gündəmdə olmuşdu və bəzi komandalar irqçi sayılan ad və simvolları dəyişmək məcburiyyətində qalmışdı.
Trampın bu çıxışı, onun 2024 prezident seçkiləri kampaniyası çərçivəsində “mədəniyyət müharibələri” mövzusunu yenidən ön plana çıxarmaq istədiyini göstərir.