Fevrala qədər gözləyəcəklər
İki amerikalı astronavt kosmik stansiyada çarəsiz qalıb
ELŞAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kosmosda daşımaçılıq rəqabəti
“Boeing”in apardığı astronavtları “SpaceX” yerə qaytaracaq
-
“Belə bir şey gözləmirdik”
NASA bir-birinə çox yaxın olan nəhəng qara dəliklər aşkar edib
-
Kosmik zibil probleminin həllində “pioner”
Avropanın qabaqcıl Salsa peyki Yer atmosferinə alovlu eniş etdi
-
Merkurinin sirləri açılır
Onun səthi ilk dəfə bu qədər yaxından çəkilib
-
Səmada yuvarlanan nəhəng yelkən
NASA-nın 80 kvadratmetrlik cihazı hazırda Yerdən görünən ən parlaq obyektlərdən biridir
-
Nasaz şatl qayıtdı
“Starliner” avtopilotda yerə enib
-
Kosmik mədənçilikdə əlamətdar missiya
ABŞ şirkəti minerallar çıxarmaq üçün asteroiddə zavod qurmağı planlaşdırır
-
“Starliner”dən qəribə səslər gəlir
“Boeing” kapsulunun həftə sonu Beynəlxalq Kosmik Stansiyanı tərk edəcəyi gözlənilir
-
“SpaceX” öhdəsinə götürdü
BKS-də qalan astronavtlar üçün NASA-nın yeni xilasetmə planı
-
Rekord həddə ərimə
Svalbard adalarındakı buzlaqlarda bütün zamanların ən böyük göstəricisi qeydə alınıb
-
Marsda nəhəng su anbarları
Amma torpağın 11-20 km dərinliyində
-
“Tüklərim biz-biz oldu”
Ən güclü qamma şüalarının partlamasının sirri açılıb
-
“Qırmızı planet”də su olub
NASA-nın “Perseverance” kosmik gəmisi Marsda qədim həyatın mümkün əlamətlərini aşkar edib
-
14 dəqiqəyə Veneraya çatıb
NASA ilk dəfə kosmosa məşhur reperin hip-hop göndərdi
-
Həyat əlamətləri mümkündür
NASA teleskopu Yer ölçüsündə yeni bir planet kəşf edib
-
Uzun müddət bilinməyən sirr
Ölçüsü Yupiter, çəkisi Neptun boyda olan “şişmiş” planetlər
Kosmos stansiyasında 1 həftə qalması planlaşdırılan NASA astronavtlarının dəqiq geri dönüş tarixi və necə dönəcəyi ilə bağlı hələlik bir dəqiq məlumat yoxdur. Amerika Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “Boeing” şatlının nasazlığı səbəbindən təxminən 2 aydır kosmos stansiyasında çarəsiz durumda qalan 2 astronavtı 2025-ci ilin fevral ayına qədər kosmosda saxlamağa qərar verib.
NASA bu gün “Boeing”in nasaz kapsulu ilə 2 astronavtı Yerə qaytarmağın çox riskli olduğuna qərar verdi.
Bu kontekstdə astronavtlar “SpaceX” kapsulu ilə kosmosdan qayıtmaq üçün gələn ilə qədər gözləməli olacaqlar.
Beləliklə, 2 astronavt üçün 1 həftə sürməli olan sınaq uçuşu 8 aydan çox davam etmiş olacaq.
Təcrübəli pilotlar Batç Uilmor və Suni Uilliams iyun ayından Beynəlxalq Kosmik Stansiyada bağlı qalıblar.
“Təbiətinə görə sınaq uçuşu nə təhlükəsiz, nə də rutindir. Ona görə də bu qərar təhlükəsizliyə dair öhdəlikdir”, - NASA Administratoru Bill Nelson açıqlamasında bildirib.
Menecer köməkçisi Cim Fri, “Bu asan qərar deyildi, lakin doğru qərardır”, – deyib.
Qəzalı şatlın istehsalçı “Boeing” şirkəti, geri dönüşün təxirə salınma qərarından sonra verdiyi yazılı açıqlamada, “Boeing hər şeydən əvvəl ekipajın və kosmik gəminin təhlükəsizliyinə diqqət yetirməyə davam edir. NASA-nın təyin etdiyi missiyanı yerinə yetirir və təhlükəsiz və uğurlu ekipajsız qayıdış üçün kosmik gəmini hazırlayırıq”, – deyib.
“Starliner” şatlının avtopilotla geri dönməsi və sentyabrın əvvəlində Nyu-Meksiko səhrasına enməsi gözlənilir.
***
İki təxirə salınmadan sonra Boeing iyunun 5-də 2 NASA astronavtını daşıyan Starliner şatlını ilk dəfə kosmosa göndərdi. Helium sızması aşkar edən şatl üzərində aparılan araşdırmalara baxmayaraq problemin mənbəyi tapıla bilmədi və vasitənin Yerə dönüşü 4 dəfə təxirə salındı.
Kosmos stansiyasında 1 həftə qalması planlaşdırılan NASA astronavtlarının dəqiq geri dönüş tarixi və necə dönəcəyi ilə bağlı hələlik bir aydınlıq yoxdur.