
“Özünüzü aldatmayın”
NATO Avropa və ABŞ-a xəbərdarlıq edir: “Təkbaşına hərəkət etməyin vaxtı deyil”
NATO Avropa və ABŞ-a xəbərdarlıq edir: “Təkbaşına hərəkət etməyin vaxtı deyil”
3,7 milyard illik qaya nümunəsində bütün inqrediyentləri aşkar edilib
NASA “Böyük Çarx”ın sürətlə böyüdüyünü açıqladı
NASA astronavtları Yerə qayıtdı
ABŞ astronavtlarının 9 aydan sonra planetə dönüşləri canlı yayımlanacaq
NASA-nın qırmızı planetin keçmişi ilə bağlı mühüm ipuçlarını əldə edib
Yeni hökumət dünyanın ən böyük kosmik agentliyinin büdcəsini yox olma səviyyəsində kəsir
25 sm diametrlik dəlik içərisində 7 nəfər olan NASA şatlının partlamasına səbəb olub
“Boeing”in apardığı astronavtları “SpaceX” yerə qaytaracaq
NASA bir-birinə çox yaxın olan nəhəng qara dəliklər aşkar edib
Avropanın qabaqcıl Salsa peyki Yer atmosferinə alovlu eniş etdi
Onun səthi ilk dəfə bu qədər yaxından çəkilib
NASA-nın 80 kvadratmetrlik cihazı hazırda Yerdən görünən ən parlaq obyektlərdən biridir
“Starliner” avtopilotda yerə enib
ABŞ şirkəti minerallar çıxarmaq üçün asteroiddə zavod qurmağı planlaşdırır
“Boeing” kapsulunun həftə sonu Beynəlxalq Kosmik Stansiyanı tərk edəcəyi gözlənilir
ABŞ-ın özəl kosmos kəşfiyyatı şirkəti “Intuitive Machines”, Günəşi heç vaxt görməmiş kraterləri araşdırmaq üçün Aya kosmik gəmi göndərib.
“Athena” adlı kosmik gəmi milyarder iş adamı İlon Maskın istehsal etdiyi “SpaceX” tərəfindən istehsal edilən “Falcon 9” raketi ilə ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb.
Bildirilib ki, missiya çərçivəsində atılan “Greys” adlı pilotsuz uçuş aparatının (PUA) kraterdə buz, su və ya qaz olub olmadığını müəyyən etmək üçün Ayın cənub qütbündə yerləşən və heç vaxt günəş işığı almayan kraterdə təxminən 20 metr dərinliyə enməsi planlaşdırılır.
Bildirilib ki, kraterlərdə buz aşkar edilərsə, bu buzdan gələcəkdə su, oksigen və raket yanacağı istehsal etmək nəzərdə tutulur.
ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məlumatına görə, “Athena” həyata keçirəcəyi təcrübələr astronavtların Aya qayıtmasında mühüm rol oynayacaq.
Kosmik aparatın Ayın orbitinə martın 6-da çıxacağı gözlənilir.
***
ABŞ-ın özəl şirkəti “Intuitive Machines” tərəfindən Aya eniş etmək məqsədilə “IM-1” missiyası üçün hazırlanmış kosmik gəmi fevralın 15-də “SpaceX”in istehsal etdiyi raketi ilə buraxılıb.
Kosmik gəmi fevralın 23-də saat 02:23-də Aya enərək tarix yazdı və 1972-ci ildə “Apollon 17” missiyasından sonra Ayın səthinə yumşaq eniş edən ilk özəl ABŞ kosmik gəmisi oldu.
4,3 metr hündürlüyündə, altı ayaqlı karbon lifli və titan eniş aparatı NASA-nın Artemida Missiyası çərçivəsində istifadə etməyi planlaşdırdığı altı fərqli təcrübə üçün faydalı yükləri də daşıyır.
NASA bir neçə il ərzində insanları Aya göndərmək planları ilə Ayda çatdırılmaları kommersiyalaşdırmaq səylərinin bir hissəsi olaraq “Odysseus”u qurmaq və uçurmaq üçün “Intuitive Machines”ə 118 milyon dollar ödəyib.
“İM-1” missiyası çərçivəsində kosmosa göndərilən “Odissey” adlı kosmik gəmi fevralın 24-də Aya enib.