İlon Maska ağır zərbə
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
20:08 | 1 fevral 2025 | Şənbə
Məqaləyə 378 dəfə baxılıb
Şriftin ölçüsü
NASA Ay missiyası ilə bağlı “SpaceX”dən imtina edir
... Həyatın izi ola bilər?
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
Harvardlı alimdən NASA-ya ulduzlararası cisim çağırışı
60 ildir ölü olan NASA peykindən Yerə “zombi siqnalı”
Partlayış xəbərdarlığını günlər öncədən verirlər
NASA-dan xəbərdarlıq: “Elektrik kəsilməsi mümkündür”
NASA Kosmik gəmisinin məlumatları milyardlarla il keçmişə nəzər salmağa imkan verir
Qiymətli metalın necə əmələ gəldiyinə dair yeni iz tapıldı
NASA ölməkdə olan kosmik cismin xəyali üzüklərini ətraflı şəkildə çəkir
Planetin səthində dəlik kəşf edildi
NATO Avropa və ABŞ-a xəbərdarlıq edir: “Təkbaşına hərəkət etməyin vaxtı deyil”
3,7 milyard illik qaya nümunəsində bütün inqrediyentləri aşkar edilib
NASA “Böyük Çarx”ın sürətlə böyüdüyünü açıqladı
1 fevral 2003-cü il, ABŞ-ın “Kolumbiya” kosmik şatlı Yerə qayıdan zaman qəzaya uğrayır. İkisi qadın olan yeddi heyət üzvü həlak olur. Araşdırma zamanı məlum olur ki, qəzaya səbəb uçuşun əvvəlində, 82-ci saniyədə baş verən hadisə – bayır yanacaq çəninin üzərindəki poliuretan köpük parçasının qoparaq şatlın qanadındakı istiliyin izolyasiyası üçün nəzərdə tutulan panellərdən birinə çırpılması olub.
Köpüyün qoparaq şatla dəyməsi əvvəllər də baş vermişdi və heç bir problem yaşanmamışdı. Ona görə də şatlın yanvarın 16-da startı zamanı eyni şey baş verəndə NASA rəhbərliyi buna qeyri-adi hal kimi yanaşmadı. Hərçənd, bəzi mütəxəssislər köpük dəyən yerin şəklinin çəkilməsini və xəsarətin ciddiliyini araşdırmağı təklif edirlər. Amma NASA rəhbərliyi buna etinasız yanaşır.
Fevralın 1-də EST vaxtı (Şimali Amerika şərq vaxtı, hazırda Bakı vaxtı ilə fərqi 9 saatdır) 08:15-də şatl Yerə qayıtmağa başlayır. 08:44-də atmosferin qalın təbəqəsinə daxil olur. Bir qədər sonra sol qanaddakı vericilərin (datçik) bəziləri sıradan çıxır. 08:59:32-də Hyustondakı Uçuşların İdarə Mərkəzində gəmidən aydın olmayan son xəbər alınır və əlaqə kəsilir. Bu, gözlənilən hal idi və gəminin rabitə peyki ilə əlaqəsinin kəsilməsi nəticəsində ola bilərdi. Amma dəqiqələr keçsə də, rabitə bərpa olunmur. Saat 09:12-də Mərkəzdə qandondurucu xəbər alırlar: Hyuston telekanallarının birində şatlın parçalanaraq yerə tökülməsi kadrları göstərilir.
İlk olaraq, terror versiyası – start zamanı gəminin uzaqdan atəşə tutulması nəzərdən keçirilri. Hər halda, astronavtlardan biri İsrail pilotu İlan Ramon idi və o, 1981-ci ildə “Opera” əməliyyatında – İraqın nüvə reaktorunun bombalanmasında iştirak etmişdi. Amma qısa müddət sonra aydın olur ki, uçuşun həyata keçirildiyi Kanaveral burnunda təhlükəsizlik yüksək səviyyədədir.
Bundan sonra start zamanı köpüyün qopub qanada çırpılması araşdırıldı. Həmin məqam 42 km hündürlükdə baş vermişdi və yerdən çəkən kameralardan birinə düşmüşdü. İki ay həmin görüntünün keyfiyyətinin yaxşılaşdırılmasına sərf edildi. Cihazların parametrlərini təsbit edən sistemin (Modular Auxiliary Data System – MADS) işlək vəziyyətdə tapılması istintaqa böyük kömək edir. Maraqlıdır ki, bu cihaz qəzalar üçün nəzərdə tutulmamışdı və təyyarələrin “qara qutular”indan fərqli olaraq, xüsusi müdafiəyə malik deyildi. Amma 60 km-dən çox hündürlükdən düşməsinə baxmayaraq, işlək idi və onda 800-dən çox sensorun göstəriciləri vardı.
MADS göstəriciləri əsasında məlum olur ki, qanaddakı 8-ci izolyasiya panelində dəlik varmış. Bundan sonra təcrübə aparılır. Qopan köpüklə eyni çəkili (800 qram) digər köpük saatda 800 km sürətlə 8-ci panelə çırpılır və orada 25 sm diametrlik dəlik əmələ gəlir. Maraqlıdır ki, eyni sınaq 6, 7, 9-cu panellərlə də aparılır, amma onlarda dəlik yaranmadı.
Beləliklə, məlum olur ki, atmosferin sıx təbəqəsi ilə sürtünmə zamanı yaranan istilik dəlik səbəbindən təcrid olunmayıb və bunun nəticəsində həddindən artıq qızan sol qanad, daha sonra da şatl parçalanmağa başlayır. Astronavtların ölümü ani olur. Onlar hermetikliyin itməsi ilə dərhal huşlarını itiriblər. Sonradan hamısının cəsədlərinin qalıqları tapılır.
Şatlın irili-xırdalı 84 min parçası Texas və Luiziana ərazilərinə səpələnir. İnanılmaz xoşbəxtlik sayəsində yerdə xəsarət alan olmur.