vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
ELM-TEXNİKA  
14:53 | 24 may 2024 | Cümə Məqaləyə 1481 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həyat əlamətləri mümkündür

NASA teleskopu Yer ölçüsündə yeni bir planet kəşf edib

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Astronomlar böyüklüyünə görə Yerə yaxın planet aşkar ediblər. Günəş sisteminin yaxınlığındakı bu ekzoplanetdə həyat ola bilər. NASA-nın “Transiting Exoplanet Survey Satellite” (TESS) məlumatları ilə aşkar edilən “Gliese 12 b” adlı planetin radiusu Yer və Veneraya çox yaxındır. Dünən iki ayrı tədqiqat qrupu öz nəticələrini “Royal Astronomical Society Monthly Notices” və “The Astrophysical Journal Letters” jurnallarında dərc etdilər.

Orbit ulduzu Balıqlar bürcündə yerləşən “Gliese 12 b” planeti Yerdən 40 işıq ili uzaqlıqdadır. Planetin orbotində olduğu “Gliese 12” adlanan ulduz Günəşdən çox kiçik və daha soyuqdur.

Ekzoplanet çox yaxın olduğu ulduzu ətrafındakı tam dövrəni təxminən 12,8 günə tamamlayır. Günəş kimi ulduzu olan bir sistemdə bu yaxınlıq planetdə həyatı qeyri-mümkün edərdi. Lakin planet “Gliese 12 b” qırmızı cırtdan ulduzundan aldığı radiasiyanın miqdarı Yerin Günəşdən aldığından cəmi 1,6 dəfə çoxdur.

Beləliklə yeni kəşf edilən planet yaşayış zonasında olsa da, bu, həyat əlamətlərinin olmasına sübut deyil. Yaşayış zonası o deməkdir ki, bir planet öz ulduzundan onun maye suyu qəbul etməsinə imkan verəcək bir məsafədə yerləşir. Yəni suyu donduracaq qədər uzaqda və buxarlandıracaq qədər isə yaxında olmamalıdır.

Digər tərəfdən, Günəş sistemindəki Yer kimi yaşayış zonasında olan Veneranın həyatı dəstəkləmək üçün şəraiti yoxdur. Tədqiqatçılar ümid edirlər ki, “Gliese 12 b” üzərində aparılan tədqiqatlar bunun səbəbini anlamağa kömək edə bilər.

Venerada orta temperaturun 464 dərəcəyə çatdığı halda, Yerdə bu 15 dərəcədir. Astronomlar “Gliese 12 b” səthinin temperaturunun 42 dərəcə olduğunu təxmin edirlər.

Bu ekzoplanetin həyatı qəbul edə biləcək şərtlərə sahib olması üçün onun atmosferi də olmalıdır. Bunu müəyyən etmək üçün daha çox müşahidələrə ehtiyac olsa da, Kral Astronomiya Cəmiyyətinin Aylıq Bildirişlərində dərc olunan araşdırmanın həmrəhbəri Şişir Dholakia bunları deyib: “”Gliese 12 b”, sərin ulduzların ətrafında fırlanan Yer ölçülü planetlərin öz atmosferlərini qoruyub saxlaya bilməyəcəyini öyrənmək üçün ən yaxşı hədəflərdən biridir. Bu, qalaktikamızdakı planetlərdə yaşamaq imkanları haqqında anlayışımızı artırmaq üçün mühüm addımdır”.

Yaşayış şəraitini təmin etmək üçün planetin atmosferi çox qalın olmamalıdır. Tədqiqatçılar bunu aşkar etmək üçün NASA-nın “James Webb” teleskopundan istifadə etməyi planlaşdırırlar. Lakin onların hazırda əldə etdikləri ilkin məlumatlar atmosferin nazik olduğunu göstərir.

“Dholakia”nın komanda yoldaşı Vincent Van Eylen ekzoplanetdə ya atmosferinin olmadığını, ya da Yer kimi atmosferə malik olduğunu düşünür. Van Eylen, “Bəzi planetlərdə onu əhatə edən çox qalın hidrogen atmosferinin olduğunu bilirik. Bu çox qalın qaz təbəqəsi əslində yaşayış üçün pis xəbərdir”, – deyib.

Adətən bu planetlər Yerdən iki və ya üç dəfə böyük olur. “Gliese 12 b” Yer ölçüsündədir, ona görə də yəqin ki, çox qalın atmosferə malik deyil.

Elm adamları “Gliese 12 b”də həyat əlamətləri olma ehtimalına ehtiyatla yanaşırlar. Digər tərəfdən, bu sahədə araşdırmaların vacib olduğunu da vurğulayırlar. “Dholakia” ilə araşdırma aparan Larissa Palezorpe izah edir: “Tədqiqatın nəticələrindən asılı olmayaraq; Yerdə həyat üçün vacib olan əlamətlər Venerada yoxdur. Beləliklə, “Gliese 12 b” planetlərdə yaşayış qabiliyyətinin necə işlədiyini araşdırmaq üçün əla başlanğıc nöqtəsidir”.