vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TEXNİKA  
19:31 | 28 iyul 2024 | Bazar Məqaləyə 250 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Tüklərim biz-biz oldu”

Ən güclü qamma şüalarının partlamasının sirri açılıb

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

İndiyə qədər ölçülən ən güclü qamma şüası partlayışı haqqında yeni məlumatlar əldə edilib. NASA-nın Fermi Qamma Ray Kosmik Teleskopundan istifadə edən elm adamları əvvəllər görünməmiş bir element aşkar ediblər.

Qamma-şüa partlamaları, ömrünün sonunda nəhəng bir ulduzun partlayaraq neytron ulduzuna və ya qara dəliyə çevrildiyi zaman baş verir. Bunlar kainatdakı ən şiddətli partlayışlar olsa da, onların sirləri tam açılmayıb.

9 oktyabr 2022-ci ildə Yerdən təqribən 2,4 milyard işıq ili uzaqda olan bir ulduz qeyr-adi partlayışa məruz qaldıqda bu günə qədər ən güclü qamma şüası partlayışı aşkar edilib. Əvvəllər müşahidə edilən hər hansı qamma şüa partlayışından 10 dəfə daha intensiv olan bu hadisə BOAT (bütün zamanların ən parlağı) kimi tanınır.

Radiasiya dalğaları xətti partlayışdan 5 dəqiqə sonra rəsmi olaraq GRB 221009A adlı teleskopla aşkar edilib.

Radiasiya dalğaları xətləri maddənin işıqla təmasda olması nəticəsində yaranır. Yerə çatan işıq spektrində görünən bu parlaq xətlər atomaltı hissəciklər haqqında fikir verə bilər.

BOAT-ın ardından izlənən radiasiya dalğaları xətti təxminən 40 saniyə ərzində görünüb. Xəttin 12 milyon elektronvolt enerjiyə çatması elm adamlarını heyrətə gətirdi. Spektrdə çılpaq gözlə görülən işığın enerjisi 2-3 elektronvolt civarındadır.

Elmi araşdırma jurnalında dərc olunan araşdırmanı aparan Maria Edvige Ravasio deyir: “Bu siqnalı ilk dəfə görəndə ürəyim ağrıdı. Tüklərim biz-biz oldu”.

Ferminin məlumatlarını araşdıran Ravasio və onun komanda yoldaşları, görünür, belə yüksək enerjinin necə əldə edildiyi sualına cavab veriblər.

Elm adamları radiasiya dalğaları xəttinin elektronların və onların antimaddələri olan pozitronların bir-biri ilə toqquşması və məhv olması nəticəsində meydana gəldiyini düşünürlər.

Bu iki növ hissəcik bir-birini məhv etdikdə adətən yarım milyon elektronvolt enerji ayrılır. Tədqiqatçılar, yoxa çıxan hissəciklərin demək olar ki, işıq sürəti ilə Yerə gəldiyi zaman 12 milyon elektron volt enerjinin yarandığını təxmin edirlər.

NASA-nın verdiyi açıqlamada aşağıdakı ifadələr yer alıb: “Əgər bu şərh düzgündürsə, 12 milyon elektronvoltda zirvəyə çatan radiasiya dalğaları xəttinin meydana gəlməsi üçün məhv olmuş hissəciklər işıq sürətinin təxminən 99,9 faizi ilə bizə doğru hərəkət etməlidir”.

Elm dünyası uzun müddət qamma-şüa partlayışlarını öyrənsə də, bu hissəcik reaktivləri haqqında çox şey məlum deyil.

NASA-nın Goddard Kosmik Uçuş Mərkəzindən Elizabet Hays həmmüəllifi olduğu araşdırma haqqında deyir: “Bu təəccüblü emissiya xətti kimi ipuçlarının tapılması elm adamlarına bu ekstremal mühiti daha dərindən araşdırmaq imkanı verəcək”.