

100-dən çox insan otellərdən çıxa bilməyib
Yaponiyanın ABŞ-ın müttəfiqliyinə ehtiyacı çoxdur
“Qaçanda həyatın mənasını axtarmıram, onu yaradıram” Haruki Murakami
25 sm diametrlik dəlik içərisində 7 nəfər olan NASA şatlının partlamasına səbəb olub
... Yaxud 400 ildən artıqdır davam edən ənənə
Dehli Tokionun təklifi ilə razılaşmır
Keçmiş nazir və baş katib İşiba Şiqeru Yaponiyada hakim LDP-nin sədri seçilib
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
100 yaşdan yuxarı əhalinin sayında rekord artım
10 metr diametrlik asteroid planetimizin ətrafında bir dövrə vurub gedəcək
“Boeing”in apardığı astronavtları “SpaceX” yerə qaytaracaq
Cənubi Koreya və Yaponiyadan etirazlar gecikmədi
NASA bir-birinə çox yaxın olan nəhəng qara dəliklər aşkar edib
Fukusima Atom Elektrik Stansiyasında nüvə tullantılarının çıxarılmasına başlanılıb
Avropanın qabaqcıl Salsa peyki Yer atmosferinə alovlu eniş etdi
Onun səthi ilk dəfə bu qədər yaxından çəkilib
NASA-nın yeni “kosmik mübarizə” adlandırdığı yarışda Yaponiya Çindən əvvəl Aya ayaq basa bilər. ABŞ prezidenti Co Bayden Aya enən ilk qeyri-amerikalının yapon astronavtı olacağına söz vermişdi.
Bayden və Yaponiyanın baş naziri Fumiyo Kişidanın aprelin 10-da açıqladığı plana əsasən, Yaponiya NASA-nın Artemida missiyaları çərçivəsində ilk olaraq 2028-ci ildə, sonra isə 2032-ci ildə Aya astronavtlarından birini göndərmək üçün ABŞ ilə sıx əməkdaşlıq edəcək. Bununla da Yaponiya 2030-cu ilə qədər Aya astronavt göndərməyi planlaşdırdığını bildirən Çinlə rəqabətə girib.
NASA Administratoru Bill Nelsonun dəfələrlə yeni “kosmos yarışı” adlandırdığı bir mühitdə Çin də 2035-ci ilə qədər Rusiya ilə birgə Ay bazası qurmağı planlaşdırır.
Əvvəlki həftələrdə Çinə də toxunan Nelson, “Mülki kosmos proqramı dediklərinin bir çoxunun hərbi proqram olduğuna inanırıq. Əslində bir yarışın içində olduğumuzu düşünürəm” demişdi.
“South China Morning Post”a danışan analitiklər deyiblər ki, Yaponiyanın Çindən əvvəl Aya enmək istəyi Pekini öz planlarını sürətləndirməyə sövq edə bilər.
Çin artıq kosmik proqramını sürətləndirib, öz kosmik stansiyasını qurub və yaxın günlərdə Ayın Yerdən tamamilə görünməyən uzaq tərəfinə zond endirməyi planlaşdırır.
Çin 2026 və 2028-ci illər üçün planlaşdırılan ekipajsız missiyalarla Ayın cənub qütbündə su axtarışına da başlaya bilər.
Çinin Aydakı su qaynaqlarının ona aid olduğunu iddia edə biləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq edən Nelson, "Çin xüsusilə son 10 ildə fövqəladə irəliləyiş əldə etdi, lakin bunu çox gizli saxlayır” deyib.
NASA prezidenti əlavə edib ki, “Çin həqiqətən buna çox pul yatırıb və onların büdcəsi çox böyük artım potensialına malikdir. Düşünürəm ki, ehtiyatımızı aşağı salmamalıyıq”.
Digər tərəfdən, Ağ Evə görə Birləşmiş Ştatlar və Yaponiyanın təklif etdiyi birgə missiya Ayda təzyiqli rover idarə etmək üçün yapon təcrübəsinə güvənəcək, ABŞ isə uçuş və astronavt hazırlığını təmin edəcək və “Ay səthində bu çətin və ruhlandırıcı missiyaların risklərini idarə edəcək”.
Tokio Universitetinin elm və texnologiya siyasəti üzrə professoru Kazuto Suzuki “Onlar Ayın kəşfiyyatında Çinlə rəqabət apardıqlarını başa düşürlər, buna görə də bu, Apollon proqramının gücləndirilmiş versiyası olacaq”, – deyib.