vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
DÜNYA  
17:35 | 30 aprel 2024 | Çərşənbə axşamı Məqaləyə 925 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tehran Əsədi məcbur edir

Qonşu ölkələr tərəfindən rədd edilən rejim “qardaş”ının tələbinə boyun əyir

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Suriya hökumətinə iki ölkə arasında imzalanmış sazişləri yerinə yetirmək, o cümlədən 50 milyard dollarlıq borcunu ödəmək üçün təzyiq göstərir. Mənbələr bildiriblər ki, İran prezidenti İbrahim Rəisinin Suriyaya son səfəri zamanı iki ölkə arasında imzalanmış Strateji Əməkdaşlıq Anlaşma Memorandumunun, eləcə də borcun qaytarılması üçün imzalanmış digər sazişlərin həyata keçirilməsinin vacibliyini vurğulamasından sonra Tehran Dəməşqə təzyiqi artıb.

“Asharq al-Awsat”a danışan iqtisadi ekspert deyib: “Müharibə illərində bütün sektorlara təsir edən böyük dağıntılar səbəbilə, istehsal ciddi şəkildə azaldı. Bununla da hökumətin resursları tükəndi. Əsas müttəfiq Rusiyanın başı Ukraynadakı müharibə qarışdıqdan sonra onun yerini İran tutdu”.

Ekspert Tehranın Suriya hökumətinin nəzarətində olan bölgələrdəki iqtisadi çöküşdən “bəhrələndiyini” bildirib. İran Əsəd rejiminə Suriyada əsas sərmayədar olmaq istədiyini bildirib. Suriyalı ekspert vurğulayıb ki, ərəb ölkələri və digər dövlətlər Suriyaya sərmayə qoymaqdan çəkindiyi üçün Dəməşq bir çox malların, xüsusilə neft, təbii qaz və əsas ərzaq məhsullarının yeganə tədarükçüsü olan Tehranın təzyiqinə boyun əymək məcburiyyətində qalıb.