İFF-in qərəz qoxusu
«Traktor» klubu növbəti dəfə cəzalandırıldı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Elektron qandalla “azadlıq”
Daha bir siyasi fəal 100 milyon tümən girov qarşılığında həbsdən buraxılıb
-
Güneyli fəala şərti azadlıq
Milad Cəlil 100 milyon tümən girov qoyub
-
Evin zindanında aclıq aksiyası
Siyasi məhbus Əbdüləziz Əziminin səhhəti ilə bağlı narahatlıqlar artır
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
Dövrünün nadir incəsənət adamı
Bənzərsiz qələmi olan rəssam, tayı-bərabəri olmayan nəqqaş və əvəzsiz tərrah
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
Təbrizin «Traktor» futbol komandası növbəti dəfə İran Futbol Federasiyası (İFF) İnzibati Komitəsinin qəzəbinə tuş gəlib. Məlumata görə, İnzibati komitə Azərbaycan komandasını tərəfdarları hakimə etiraz etdiyinə görə 80 milyon rial məbləğində cərimə edib.
«İnzibati Komitə super liqa yarışlarının 12-ci həftəsində «Traktor»la «Pədidən»in oyunu haqda qərar çıxarıb. «Traktor» klubu 79-cu maddənin 3-cü bəndinə əsasən 80 milyon rial məbləğində cərimə ödəməyə məhkum edilib»- deyə Futbol Federasiyasının rəsmi saytında bildirilib.
Hökmdə qeyd olunub ki, «Traktor» tərəfdarları oyunun 91-ci dəqiqəsində hakimə qarşı xoşagəlməz ifadələr işlədiblər.
Qeyd edək ki, «Traktor»la Məşhədin «Pədidə» komandaları dekabrın 2-də «Traktor» klubunun xüsusi stadionunda qarşılaşıb. 1:1 bərabər hesabla sona çatan görüşdə Azərbaycan komandasının tərəfdarları hakimin ədalətsiz qərarlarına etiraz ediblər.