vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
13:04 | 19 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 2786 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan diasporu yox vəziyyətdədir»

«Xocalı ilə bağlı qərarların arxasında yəhudi lobbisi durur»

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq ictimai-siyasi arenadakı Azərbaycan diasporunun fəaliyyəti haqqında kifayət qədər tənqidi fikirlər səslənir. İddialara görə, Azərbaycan diasporunun fəaliyyət sferasında axsamalar var və bunun səbəbi onların güclü təşkilatlanmamasıdır.

Təl-Əviv-Bakı münasibətlərinin daha da yaxşılaşması fonunda isə  yəhudi lobbisi ilə Azərbaycan diasporunun fəaliyyətinin birgə koordinasiya edilməsi gündəmə gəlir. Daha doğrusu, Azərbaycan diaspor təşkilatlarının dünyanın ən güclü, nüfuzlu lobbisindən dəstək alması məsələsi aktuallaşır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə mövzu haqda Modern.az saytına danışıb.

Deputat deyib ki, son illər Azərbaycan diasporu ilə yəhudi  lobbisi arasında əməkdaşlıq genişlənib.

«ABŞ-dan, Avropadan Azərbaycana gələn yəhudi icmasının nümayəndələri ölkəmiz haqqında çox yüksək fikirdədirlər. Onlar Azərbaycanın tolerant ölkə olduğunu və burada yəhudilərə tarixi münasibəti görürlər. Onlar ölkələrinə dönəndən sonra Azərbaycana erməni yalanlarını ifşa etmək üçün böyük dəstək verirlər»-deyə A. Mollazadə bildirib.

O qeyd edib ki, bu dəstəyi daha çox ABŞ-da görmək olar.  Komitə üzvü Azərbaycan diasporunun fəaliyyətindən narazılığını da dilə gətirib: «Biz bu dəstəyi daha çox ABŞ-ın bir neçə ştatında görmüşük. Bu əməkdaşlıq günü-gündən artır. Azərbaycan-İsrail tərəfdaşlığı da bu prosesə öz müsbət təsirini göstərir.

Xocalı soyqırımı ilə bağlı Amerikanın 20 ştatında qərarlar qəbul edilib. Bu qərarların arxasında hər zaman yəhudi icması bizə dəstək verib.

Etiraf edək ki, Azərbaycan diasporu yox vəziyyətdədir. Çox təəssüf ki, bizim qardaş Türkiyədə də türk icmaları yaxşı fəaliyyət göstərmir.

Türkiyənin müdafiəsinə bir neçə azərbaycanlı qalxır. Biz bu istiqamətdə türklərlə lobbi fəaliyyətini gücləndirməliyik. Türklərin yaşadığı ölkələrdə Azərbaycan diasporu ilə birgə güclü təşkilatlanma olmalıdır.

Çox təəssüf ki, bu proses yox səviyyəsindədir. Yeganə təşkilatlanmış və Azərbaycana dəstək verən məhz yəhudi icmasıdır. İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra bu əməkdaşlıq daha da güclənəcək».