vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
18:34 | 11 yanvar 2017 | Çərşənbə Məqaləyə 723 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ermənistan tənha kişilər cəmiyyətinə dönəcək»

«Demoqrafik böhran azmış kimi, abortlar daha pis nəticələrə səbəb olacaq»

M.RZASOY

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın «Newsweek» jurnalı Ermənistandakı demoqrafiq vəziyyətlə bağlı məqalə dərc edib. Strateq.az-ın məlumatına görə, məqalədə qeyd olunur ki, Ermənistanda seks-selektiv abortlar əhalinin sayındakı cins fərqliliyində nisbəti pozacaq və gələcək cəmiyyət tənha kişilərdən ibarət olacaq.

«Keçmiş sovet respublikasında qadınlar tez-tez abort eləməyə məcbur olurlar. Çünki ailələrin çoxu oğlan övladı istəyir», – deyə məqalədə qeyd olunur.

BMT-nin yanında UNFPA təşkilatı da abortlarda seksual ayrı-seçkilik ucbatından Ermənistanın «tənha kişilər cəmiyyətinə» dönəcəyini bəyan edib. UNFPA-nın Ermənistan üzrə sədr müavini Qarik Ayrapetyan deyib: «Yaxın 10-20 ildə ölkədə qadınların çatışmazlığı hiss olunacaq. Doğum templərinin kəskin şəkildə enməsi ciddi demoqrafik böhranla nəticələnəcək».

Q.Ayrapetyan əlavə edib: «2060-cı ilədək Ermənistanda 100 min potensial ana dünyaya gəlməyəcək».