vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
11:41 | 1 fevral 2017 | Çərşənbə Məqaləyə 878 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səslərini 5 min drama satırlar»

Erməni diasporunun üzvü: «Lazım gəlsə İrəvanda küçələrə çıxacağıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistanda ədalət» adlı təşəbbüs qrupu hələ ötən ilin sonlarında 2017-ci ilin aprelində Ermənistanda keçiriləcək parlament seçkisini müşahidə edəcəyini bəyan edib. Bu hərəkatı erməni diasporunun tanınmış üzvləri yaradıblar.

«Azadlıq» radiosu bildirir ki, təşəbbüs qrupunun üzvü, tanınmış kanadalı rejissor Atom Eqoyan Los-Ancelesdə keçirilən forumda aprel seçkisinin nəticələrinin onlar üçün qabaqcadan bəlli olduğunu deyib.

«Real böhran budur ki, biz seçkidə nə olacağını bilirik və nəticələrlə barışmamalıyıq. Biz siyasi motivli həbslərə etiraz etməliyik. Seçkinin nəticələrini bilirik, amma indi seçkidən sonra nə olacağını düşünməli və erməni diasporu kimi bu ölkədəki proseslərdə biz də iştirak etməliyik. Gəlin lazım olsa ora gedək, küçələrdə oturaq», – Eqoyan deyib.

Eqoyanın həyat yoldaşı və kanadalı aktrisa Arsin Xancyansa ( Arsineh Khanjian) deyib ki, təkcə seçkiləri müşahidə etməklə iş bitmir, xaricdə yaşayan Ermənistan vətəndaşları ölkəyə gedib səs verməlidirlər.

«Nəyinsə dəyişməsinə hələ ki, azacıq da olsa ümid var. Amma bu dəyişiklik yalnız bizim iştirakımızla mümkündür. Biz diaspor kimi status-kvonun (Dağlıq Qarabağ münaqişəsində) saxlanmasının yeganə yol olduğunu düşünməməliyik, bu əksər hissəsi oliqarxlar tərəfindən zəbt edilmiş dövlətə dəstəkdir», – Xancyan deyib.

Forumda iştirak edənlərdən biri, yumorist Bage Berberyan isə deyib ki, onların işi təkcə Ermənistandakı hakimiyyətə təsir etmək yox, həm də ölkə sakinlərinə dəyişikliyin yolunu göstərməkdir.

«İnsanlar həqiqətən də öz səslərini 5 min drama satırlar. Biz təkcə bu səsləri alan məmurlara yox, həm də onu satan insanlara təzyiq edirik ki, səslərini satmasınlar» – Berberyan vurğulayıb.

Ermənistanda növbəti parlament seçkisi bu il aprelin 2-də keçiriləcək.