«3 O...yan» Sərkisyana qarşı
Ermənistanda keçmiş nazirlər hakimiyyət uğrunda həmləyə hazırlaşırlar
Anna OSİPOVA, REGNUM İA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Ermənistandan son siyasi yenilik ilk keçmiş xarici işlər naziri Raffi Ovannisyanın başçılıq etdiyi müxalif «İrs» Partiyasının keçmiş xarici işlər naziri Vardan Oskanyan və müdafiə naziri Seyran Ohanyanın Bloku ilə birgə parlament seçkilərində iştirak haqda bəyanatıdır. «İrs» Partiyası sədr müavini Armen Martirosyan bildirib ki, «İrs» seçkilərə «Ermənistanın taleyinə laqeyd olmayan Ohanyan və Oskanyanla birlikdə» gedir. Mahiyyətcə, koalisiya parlament seçkilərində əsas müxalif qüvvə olacaq. Ermənistan prezidenti Serj Sarkisyan koalisiya liderlərindən heç biri – nə Ohanyan, nə Oskanyan, nə də Ovannisyanla razılığa gələ bilib. Düzdür, koalisiyanın özü də yekcins deyil və liderlərin, məsələn, xarici siyasətə yanaşımı müxtəlif cürdür. Xüsusən də Raffi Ovanisyan Qərbyönlü, Seyran Ohanyan isə Rusiyayönlü siyasətçi sayılır. Lakin müxalifət liderləri bu mərhələdə xarici siyasətdən danışmamağa üstünlük verirlər.
11-12 fevral istirahət günlərində Ermənistanın müxtəlif partiyalarının qurultayları keçirilib. «Çiçəklənən Ermənistan» Partiyası Ermənistanın siyasətə qayıtmış baş oliqarxı Qagik Sarukyanı təntənəli şəkildə seçib. Sarukyanın bircə tribunada görünməyi gülüş doğurur, bu «siyasətçi» haqda xeyli və daha çox pis yazılıb. Lakin elektoratın bir qismi qarşıdakı seçkilərdə ona səs verəcək. Ölkənin kasıb qeyri-şəhər əhalisi Sarukyanı dəstəkləyir. Ekspertlərin əksəriyyəti hakim Respublika Partiyasından sonra Sarukyan koalisiyasına ikinci yer vəd edir. Bu seçkilər Ermənistan prezidenti Serj Sərkisyanın ssenarisi üzrə keçirilsə.
Fevralın 11-də «Erməni dirçəlişi» Partiyasının qurultayı olub. Lideri Artur Bağdasaryan olan partiya Ermənistanda mənfi reytinqə malik olduğuna baxmayaraq dirçəlmək və həmişə üzdə qalmaq özəlliyinə malikdir. Öncədən onun da 5 faizlik maneəni aşacağını və parlamentə keçəcəyini deyirlər. Baqdasaryanın partiyası cüzi faiz toplaya bilər, çünki ölkə hökuməti ilə müəyyən razılaşması var və Ermənistanın bütün vilayətlərində şöbələr şəbəkəsinə malikdir.
Siyasi «uik-end» isə mahiyyətcə hakim Respublika Partiyası icra orqanının toplantısından başlanıb. Bundan sonra partiyanın mətbuat katibi və Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, bəzi xoşagəlməz şəxslər reytinq siyahısında olmayacaq. Xüsusən də general Manvel Qriqoryan, Sünik vuilayətinin keçmiş qubernatoru, bədnam Surik Xaçatryan və İrəvanın rayonlarından birinin keçmiş prefekti Mger Sedrakyan olmayacaq. Bütün bu xadimlər, yumşaq deyilsə, Ermənistan əhalisində kin doğurur. Hakim partiya da onlardan, heç olmasa, formal qurtulmağı kəsdirib. Amma hamısından deyil. Siyasi və iqtisadi çəkisi Serj Sərkisyana onlardan «qurtulmağa» imkan vermir. Reytinq siyahılarında Məhkəmə aktlarının məcburi icrası üzrə Xidmətin keçmiş rəisi, offşor qalmaqalına görə məşhurlaşmış Miqran Poqosyan və Ermənistanın keçmiş nəqliyyat naziri Qagik Bəyləryanın qardaşı və keçmiş polis rəisi Alik Sərkisyanın adları da olacaq. Bir sözlə, Sərkisyanın fikrincə, köhnə, yaxşı ad çıxarmış və öz doğma rayonlarındakı «nüfuzlarına» görə Respublika Partiyasının ümumi daxılınə səs gətirməli olan şəxslər.
Son nəticədə Sarukyan və Baqdasaryan hakimiyyəti və ölkədəki vəziyyəti nə qədər güclü söysələr də, onların tərəfdarlarının da səsi Respublika partiyasının daxılına getməlidir. «Daşnaksutyun» və «Yelk» Blokunun da cüzi səsi Sərkisyanın daxılına girməlidir. Yeri gəlmişkən, Sarksiyanın sxemi üzrə «Yelk» Bloku Ermənistanın Qərbyönlü əsas müxalifəti, Sərkisyanın idarə etdiyi müxalifət olmalıdır.
Deyəsən, Ermənistanın bütün ön elektoral mozaikası budur. Serj Sarkisyan balaca şahmat lövhəsində hər şeyi yerbəyer edib. Amma, bax, yekunda necə biçimlənəcəyini demək çətindir. Ölkədə fəlakətli deməsək də, gerçək çətin sosial-iqtisadi durum var. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində də narahatlıqdır. Bütün bunlar Ermənistan hökumətinə reytinq əlavə etmir. Köhnə, xeyirxah «seçkiqabağı rüşvət» ənənəsinə təəssüflənmək qalır. Hakimiyyəti saxlamaq üçün pul bəs edəcəkmi? Birdən aydınlaşsa ki, «idarə olunan» Sarukyanın səsi Sarkisyanın partiyasının səsindən çoxdur, o özünü necə aparacaq? Cavab yoxdur. Yoxdur cavab. (strateq.az)