vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
22:10 | 5 mart 2017 | Bazar Məqaləyə 1377 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İqtisadi kollaps gözləyir»

Ermənistanın hər 5 vətəndaşından 2-i yoxsulluq içərisində

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir, amma ümumi xarici borc – 8 milyard dollardır. Ermənistanın xarici borcları artır və bu ölkəni kollapsa (ekstremal vəziyyətə) gətirib çıxara bilər.

Virtualaz.org «Novosti Armeniya»ya istinadən bildirir ki, bunu «Azad demokratlar» Partiyasının proqramının təqdimat mərasimində Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bildirib.

«Belə templərlə biz hətta heç yerə yox –iqtisadi kollapsa gedirik. Biz yalnız pis yaşamırıq, həm də borca yaşayırıq», - deyə o vurğulayıb.

Sabiq baş nazir həmçinin əlavə edib ki, son 10 ildə ölkədə yoxsulluğun göstəricisi 23 faizdən 30 faizə qalxıb və bu yalnız rəsmi məlumatlara görə belədir. Baqratyanın öz məlumatlarına görə isə, indi Ermənistanda yoxsulluğun səviyyəsi 38 faiz təşkil edir.