«Bəzi imtiyazlar verilə bilər»
Həsən Ərk: «Şəhər Şuraları seçkiləri qeyri-farslar üçün fürsət ola bilər»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Elektron qandalla “azadlıq”
Daha bir siyasi fəal 100 milyon tümən girov qarşılığında həbsdən buraxılıb
-
Güneyli fəala şərti azadlıq
Milad Cəlil 100 milyon tümən girov qoyub
-
Evin zindanında aclıq aksiyası
Siyasi məhbus Əbdüləziz Əziminin səhhəti ilə bağlı narahatlıqlar artır
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
Dövrünün nadir incəsənət adamı
Bənzərsiz qələmi olan rəssam, tayı-bərabəri olmayan nəqqaş və əvəzsiz tərrah
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
İranda İslami Şəhər Şuraları seçkiləri qarşıdan gələn may ayının 19-da prezident seçkiləri ilə birgə keçiriləcək. Təbrizdən Amerikanın Səsinə danışan jurnalist Həsən Ərkin sözlərinə görə, Şəhər Şuraları nisbətən qeyri-siyasi bir mahiyyət daşıdıqları üçün məhəlli miqyasda və şəhərlərin idarəsində təsirli ola bilər.
«Azərbaycan və digər türk bölgələrdə Şəhər Şurasının funksiyası digər rəsmi qurumlardan fərqlidir. Buna görə ki, Şuranın siyasi yükü olsa da, siyasi bir qurum deyil... Şəhər idarəsi və bələdiyyə işləri ilə əlaqədar bir qurumdur. Hakimiyyətin nəzərində də həssasiyyət törədən bir qurum deyil», - deyə Həsən Ərk ifadə edir.
O, Şəhər Şuraları müəssisəsini, nisbətən qeyri-siyasi bir mahiyyət daşıdığı üçün, qeyri-fars toplumlar üçün bir fürsət kimi dəyərləndirir:
«Azərbaycandakı hərəkatın təsirini göstərə biləcəyi ilk yer ele bu Şuralardır. Şəhər Şurasında qeyri-farslar (daha yaxşı) fəaliyyət edə bilirlər. Yəni, hakimiyyət də burada bir az keçinir... Hakimiyyət qurumlarında olan türklərin də bizim kimi kimlik qayğıları var. Toplumda yayılmış bu hərəkat hakimiyyət içində olan türkləri də bürüməyə doğru gedir. Onlar da bilər bilməz bundan təsir alır... Bu təsirin özünü göstərdiyi ilk mərhələ elə bu Şuralar səviyyəsində oldu».
Həsən Ərk həmçinin parlament seçkilərindən sonra təşkil olunan Türk Bölgələri Fraksiyasına diqqət çəkir.
«Mövcud məhdudiyyətləri nəzərə alsaq, bəlkə türk fraksiyası çox iş görə bilməyəcək. Amma yaranması müsbətdir. Keçmişdə Azərbaycanın istəklərinə diqqət yetirən millət vəkili tək-tük olurdu, amma indi fraksiyanın təşkilindən sonra bu istəklərə adət etməyə başlayıblar», - deyə o söyləyir.
Təbrizli jurnalist türk bölgələri, xüsusilə Azərbaycanda qarşıdan gələn şəhər şuraları seçkilərinə ciddi maraq olduğunu qeyd edir. Onun sözlərinə görə, hakimiyyət də bu atmosferdən faydalanmaq istəyir.
«Mən belə düşünürəm ki, İranda hakimiyyət və millət arasında bir növ küsgünlük var. Keçmişdə seçkilərdə bəzi olaylar olub ki, millət seçkilərdən soyuyub. Buna səbəblə, hakimiyyət bir şəkildə ki siyasi hakimiyyətinə də zərər gətirməsin millətlə barışma prosesi aparmaq istəyir. Buna görə, şəhər şuraları məsələsində millətə bəzi imtiyazlar verə bilər», - deyə Həsən Ərk əlavə edir.
İranda şəhərlər və kəndlərin İslami Şura üzvləri hər dörd ildən bir keçirilən seçkilər ilə müəyyən olunur. Şəhər Şuralarının əsas vəzifələri bələdiyyə başqanının təyinatı, bələdiyyə fəaliyyətlərinə nəzarət və şəhər büdcəsini təsdiq etməkdən ibarətdir.