Respublikaçıların qərargahında 70 yaşlı qadın öldü
Sərkisyanın silahdaşları ölən seçici ilə bağlı ittiham oluna bilər
Cavid TURAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Avropa Ermənistanı tək buraxır
Sülhməramlılar isə Moskvadan göstəriş gözləyir
-
Köpək siyasəti...
Rusiya ilə separatçılar sinxron hərəkət edir
-
Allahsızlığın iki növü...
Cəllad Miloşeviç cəzasını verənlər Xameneyiyə göz yumur ...
-
İranın Ermənistan planı
Tehran Avrasiya İqtisadi İttifaqına bazarlarına çıxış əldə etmək istəyir
-
“Film”in sonu...
Fransa bizim üçün tam şəkildə itirildi
-
Seçim də Paşinyanındır, məsuliyyət də
Qərb isə ilin sonuna qədər sülh müqaviləsi istəyir
Ermənistan Mərkəzi Seçki Komissiyasının bir az əvvəl yaydığı məlumatda bildirilir ki, son hesablamalara görə, seçkilərdə 1 mln.574 min 947 seçici iştirak edib ki, bu da səslərin 60, 86 faizini təşkil edir.
Bununla bağlı musavat.com erməni mediasına istinadən xəbər verir. MSK sədri Tiqran Mukuçyan keçirdiyi brifinqdə ölkədə 2 mln. 587 min 706 seçicinin olduğunu iddia edib. Dediyinə görə, indiyədək İrəvanda seçicilərin 58,46 faizi səs verdiyi məlum olub, ancaq bu, yekun nəticə deyil.
Bu arada, Ermənistan prezidenti Serj Sərkisyanın sədrlik etdiyi hakim Respublikaçılar partiyasının nümayəndəsi ölüm faktına görə sorğu-suala tutulmaqdadır. Partiyanın deputatlığa namizədi Arman Saakyanın seçki qərargahında ölən 70 yaşlı qadının orada olmasının səbəbləri barədə maraqlı iddia irəli sürüb. Deyib ki, guya səsverməyə gedən qadının elə qərargahın qarşısındaca halı qəfildən pisləşdiyi üçün onu içəri gətirib su veriblər, amma az sonra keçinib və qocanı xilas etmək mümkün olmayıb. Halı pisləşən qadının səsverməyə getdiyini necə dəqiqləşdirib, namizəd bunu deməyib.
Ancaq bu gün «Azadlıq» radiosunun erməni bürosunun təmsilçisi hakim partiyanın namizədlərinin birinin qərargahında səsverməyə gələnlərə pul paylanması faktı ilə əlaqədar reportaj hazırlayanda döyülmüşdü. Şübhələr var ki, qadın da «səs payı»nı almağa gedirmiş və ordaca ölüb.