vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
10:59 | 3 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2019 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Marionet seçki tamaşasının qəhrəmanları

Serjik, «Tupoy Qaqo», daşnaklar, bir də damdagəzən «Paşinyan»...

MÖVZU İLƏ ƏLAQƏLİ

Sərkisyan rejiminin təqdim etdiyi marionet «seçki tamaşası» sona çatdı. «Tamaşanın qurluşçu rejissoru», Ermənistanın Mərkəzi Seçki Komissiyası səslərin 90 faizdən çoxunun sayılmasına əsasən bildirir ki, ötən gün aprelin 2-də keçirilən parlament seçkilərində 4 partiya və siyasi blok palamentdə təmsil olunacaq.

Bunlardan hakim Respublika partiyası 49.3 faiz səslə birincidir. İkinci yerdə «Tupoy Qaqo» ləqəbli oliqarx Qaqik Tsarukyanın «Tsarukyan» blokudur, blok 27.6 faizdən çox səs yığıb. Üçüncü yerdə prezident Serj Sərkisyanın seçkiqabağı Qarabağda etdiyi çıxış zamanı «damdan dama tullanıb bərkdən qışqıraraq» təbliğat aparan müxalif deputat Nikol Paşinyanın «Çıxış» blokudur-7.39 faiz. Habelə Daşnaksütun İnqilabi Federasiyası siyasi partiyalar üçün nəzərdə tutulmuş 5 faizlik seçki baryerini keçərək 6.74 faiz səs əldə edib. Qalan bloklar və partiyalar seçki baryerini keçə bilməyiblər. Xəbər verildiyi kimi seçkilər total qanun pozuntuları-karusel üsulunun bütün ölkə boyu tətbiqi, seçicilərə pul paylanılması, qutulara topa bülletenlərin atılması, bir nəfərin eyni vaxtda bir neçə nəfərin yerinə səs verməsi kimi saxtakarlıqlarla müşaiyət olunub.