«Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb»
İlham Əliyev: «... Bizə olan münasibətin, hörmətin təzahürüdür»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İdmançılardan humanist addım
İslam Oyunlarının qalibi pul mükafatını iki yerə xərcləyəcək
-
«Bakı bu dəfə də heyran etdi»
«Huffington Post»: «Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi sayəsində ölkədəki tədbirlərin böyük uğuru təmin olunub»
-
«Mehriban Əliyevanın rəhbərliyi ilə çox böyük iş görülüb»
İlham Əliyev: «Təşkilat Komitəsinin fəaliyyətini çox yüksək qiymətləndirirəm və bu, artıq təbii bir haldır»
-
«Təsadüfi deyil ...»
İlham Əliyev: «O vaxt ağlımıza da gələ bilməzdi ki, idmançılarımız bu qədər medal qazanacaq»
-
Qalibiyyət qabiliyyətdən doğur
Azərbaycanın liderliyi ilə sona çatan IV İslam Həmrəyliyi Oyunlarınn bağlanış mərasimi
-
Bakının üzünü ağardan «Bakı-2017»
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarından alnı-açıq çıxdı
-
Sarı xətt qadağası ləğv olunur
Mayın 23-də saat 12-dən sonra
-
IX gündə qətiləşən liderlik
Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarının qalibi saymaq olar
-
8-ci gündə 10 medal
Azərbaycan liderliyini qoruyur
-
VII gün liderliyə yüksəldik
63 qızıl, 35 gümüş və 26 bürünc medalla siyahıya başçılıq edrik
-
6-cı günü 17 medalla başa vurduq
9 qızıl, 4 gümüş, 4 isə bürünc
-
50-ci olimpiya çempionundan gəldi
Prezident İlham Əliyev taekvandoçu Radik İsayevi bir gündə iki medal təqdim mükafatlandırdı
-
Gümnastikamızda qürurlu mərhələ başlayır
Federasiya prezidenti üzrə milli komandamızın üzvlərinə qızıl medalları təqdim edib
-
100-ə 1 medal qaldı
18-dən 9-u qızıl, 5-i gümüş, 4-ü isə bürünc
-
4 gündə 81 medal
IV İslam Həmrəyliyi Oyunlarının dördüncü günündə Azərbaycan idmançıları 13 medal qazanıb
-
Azərbaycan-Türkiyə şəksiz lider
Yarışların 3-cü günü iki ölkə toplamda 160 medal qazanıb
«Gələn ay Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin həyatında çox əlamətdar hadisədir». Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdə söyləyib.
Dövlət başçısı bildirib ki, bir aydan bir qədər sonra 57 ölkəni təmsil edən 3 mindən çox idmançı Azərbaycanda yarışacaq: «Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Oyunların keçirilməsində könüllülərin rolu xüsusi əhəmiyyət daşıyır. Şadam ki, bu Oyunların keçirilməsində 8 mindən çox könüllü iştirak edəcək. Onlarsız bu Oyunları keçirmək qeyri-mümkündür».
Prezident xatırladıb ki, qədim tarixə malik olan Azərbaycan cəmi 25 ildir ki, müstəqil dövlət kimi yaşayır: «Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etmişik. Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Hesab edirəm ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir. Biz bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsinin dəstəyi və səsi ilə dünyanın ən ali beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Bu, beynəlxalq aləmdə bizə olan münasibətin, hörmətin təzahürüdür».
Dövlət başçısı deyib ki, bu il Azərbaycanda «İslam Həmrəyliyi İli» elan edilib: «Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək».
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib: «Bizim müasir idman infrastrukturumuz istənilən beynəlxalq mötəbər yarışı keçirməyə imkan yaradır. Bakıda ən müasir idman qurğuları istifadəyə verilib. İki il əvvəl Bakıda keçirilmiş birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal qazanmışlar və komanda hesabında ikinci yerə layiq görülmüşlər. Keçən il Rio Olimpiya Oyunlarının nəticələri göstərdi ki, bu qələbə təsadüfi deyildir. Rio Olimpiya Oyunlarında Azərbaycan 18 medal qazanmışdır və medalların sayına görə biz dünya miqyasında 14-cü yerdəyik. Rio Olimpiya Oyunlarında Azərbaycan müsəlman ölkələri arasında birinci yerdə idi».
Dövlət başçısı qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur: «Su həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun».