vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
SƏNƏTÇİ  
20:26 | 6 aprel 2017 | Cümə axşamı Məqaləyə 2008 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məşhur diktorun səhhəti yenidən pisləşdi

«Bundan belə «yaxşıyam» deyə bilməyəcəm»

Türkiyədən müayinədən qayıdan Xalq artisti Rafiq Hüseynov həkim nəzarəti altında müalicə olunur. Məşhur diktor bir ağciyərlə yaşamağın çətin olduğunu deyib: «Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb, havam çatmır, boğuluram».

Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib: «Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik daha da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, «yaxşıyam» deyə bilməyəcəm, çünki artıq pisəm».

Xatırladaq ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir.