vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
20:13 | 12 may 2017 | Cümə Məqaləyə 1790 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kişi həndbolçularımız beşinci oldu

Azərbaycan idmançıları azlıqda olsa da, Mərakeşi məğlub edə bilib

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 12-də «Bakı-2017» İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçular arasında 5-6-cı yerlər uğrunda görüşdə Azərbaycan və Mərakeş milli komandaları qarşılaşıblar.

Rəqibinə 31:25 hesabı ilə qalib gələn Azərbaycan həndbolçuları İslamiadada beşinci yeri tutublar. Mərakeş kollektivi isə altıncı olub.

Görüşün sonlarını komandamız azlıqda keçirməli olub. Belə ki, qarşılaşmanın 20-ci dəqiqəsində Dalibor Sukic qayda pozuntusuna görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Azərbaycan millisinin kapitanı Sabir Nəzərəliyev 10 qolla matçın ən məhsuldar oyunçusu olub.

«Sərhədçi» İdman Olimpiya Mərkəzində keçirilən oyun rumıniyalı hakimlər tərəfindən idarə olunub.