vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
01:10 | 15 may 2017 | Bazar ertəsi Məqaləyə 2267 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məqsəd Sərkisyanı devirməkdir

Ermənistanda «Milli Müqavimət Hərəkatı» yaradılır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Yerkir Tsirani» təşkilatının lideri, İrəvan şəhər merinə namizəd, müxalif lider Zaruhi Postancıyan bu gün üzləşdiyi polis zorakılığından sonra təcili mətbuat konfransı keçirib.

Azvision.az bildirir ki, baş verən ədalətsizlikləri, qanun pozuntularını qeyd edən Postancıyan mətbuat konfransı zamanı fəaliyyətdə olan hökuməti devirmək üçün «Milli Müqavimət Hərəkatı»nın başlanmasının lazım olduğunu bəyan edib.

O, xalqa ünvanlandığı müraciətində siyasi böhranın aradan qaldırılması üçün sosial təbəqələrin fəal iştirakını tələb edib. Postancıyan Ermənistanda qanunsuz rejimin devrilməsinə çağırışlar edərək yaradılacaq hərəkatın qətnamələrini oxuyub.

Postancıyana görə, «Milli Müqavimət Hərəkatı» 2015-ci ildə keçirilən referendumun nəticələrini, Serj Sərkisyan və Respublika partiyasının qanunsuz hakimiyyətini tanımır və onlara qarşı istintaq prosesinin başlanmasını tələb edir.

Öz siyasi platformasının digər detallarını vurğulayan müxalif fəal respublikaçı namizəd Taron Markaryanın bir gün sakit yaşamayacağını, ümumən hakimiyyətin həyatının cəhənnəmə çevriləcəyini bildirib.