vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜƏLLİF  
18:47 | 13 may 2017 | Şənbə Məqaləyə 499 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Öz toyunda oyna, Messi!

Bəlkə biz tərəflərdə bir az ucuzluq oldu...

Etibar CƏBRAYIL

MÖVZU İLƏ ƏLAQƏLİ

Təqribən bir 50 manat da belə getdi... «Barselona»nın formasını geyinən oğlanı uzaqdan görəndə qara günümü qablaşdırmışdım. Saqqız çeynəyən, ədabaz yerişli bu gənc salamı da elə verdi ki, verməsəydi bəlkə ondan yaxşı idi. Əlindəki yekə dəvətnaməni masanın üstünə qoyub otaqdan çıxdı.

Sözün açığı, bir neçə dəqiqə dəvətnaməni açmağa cürət eləmədim. Ötən həftə iki gün dalbadal belə dəvətnamə gətirmişdilər. 30 il əvvəl mənimlə eyni gündə əsgər andı içən, bir həftə sonra başqa hərbi hissəyə göndərildiyindən daha heç vaxt üzünü görə bilmədiyim birisi qardaşı oğlunun kor bağırsağından uğurlu əməliyyatının birinci ildönümü münasibəti ilə təşkil olunan ziyafətə dəvət edirdi.

İkinci dəvətnaməni gətirənin özü xeyli izahat verməli oldu. Çox çətinliklə də olsa xatırlaya bildim, 26 il əvvəl işlədiyim redaksiyaya sürücülük vəsiqəsinin itməsi ilə bağlı elan gətirmişdi. Bacısı oğlu qarmon kursunu uğurla bitirdiyindən 500 nəfərlik mərasim təşkil edib, ailəsi üçün əlamətdar olan belə bir gündə məni də həmin ziyafətdə görməyi arzulayır.

«Barselona» formasındakı oğlanın gətirdiyi dəvətnaməni açmazdan öncə son günlər avtobusda yol getdiyim, ayağını tapdaladığım insanları bir-bir gözümün qabağına gətirdim. 55-ə qədər sayıb nəhayət dəvətnaməni açdım. Pah!

Dünya futbolunun ulduzu məni öz toyuna çağırırdı! Məni uzaqdan-yaxından tanıyanlar bilir ki, 18 ildir «Şərurspor»un fanatıyam, amma vaxt tapanda «Barselona»nın oyunlarını televizordan izləyirəm. Bu İspaniya klubunun da matçlarını izlədin, Messinin oyununa heyran olmadınsa heç nə. Elə bil yarpaq dolması yemisən yanında sərin qatığı olmayıb...

Messi mənim ona televizordan maraqla baxdığımı yəqin ki, hiss edib, ona görə də toyuna dəvətnamə göndərib. Başqa cür necə ola bilər ki? Əsgər yoldaşım olmayıb, avtobusda ayağımı tapdamayıb... Dəvətnaməni almaq, risk edib açmaq və açıb içini oxumaqla iş bitmir axı. İyunun 24-ə kimi ən azı 50 manat tapmaq lazımdı. Getməmək üçün bəhanə axtarmağın yeri yoxdur, ha tərəfdən baxsan Lioneldən ayıbdır. Ronaldonu, Beyli, Kərim Benzemanı yox, məni toya dəvət edib.

Amma öz aramızdı, Messinin toyu əməlli-başlı şou olar, belə maraqlı məclisi izləmək üçün 50 manat xərcləməyə dəyər məncə. Messinin dostları toy başlayan kimi «Bəy, bəy sağlığına, bəy Lionelin sağlığına!»? - deyib qışqıracaqlar. Ədalət Şükürov «Ay qız, keçmə bizim məhlədən» mahnısını toya gələnlərə danışacaq. Aşıq Telli Borçalı «Barselona»nın baş mühasib müavinin qabağında bolluca burcudacaq. Növbəti dəfə təmirdən çıxan Rəqsanə əvvəlcə «Mən səni görmək istəsəm hara gəlim?» mahnısını oxuyacaq, sonra Suareslə selfi çəkdirib dostları ilə paylaşacaq. Yazacaq ki, mən xoşbəxt sənətkaram ki, dünyanın futbol ulduzu Maradona ilə şəkil çəkdirmişəm.

Üzeyir Mehdizadə oxumazdan əvvəl şadlıq evinə tüstü buraxacaqlar, sonra özünün müğənni olduğuna inanan bu oğlan repertuarındakı «şedevrləri» qonaqlara təqdim edəcək:

 

Küləklər aldı qoynuna,

Sarıldım onun boynuna.

Özüm də bilmədim necə

Düşdüm həyatının oyununa...

 

Bəyin klub yoldaşları bu mahnıdan sonra ortaya düşüb bir oynayacaqlar ki, elə bil əzəli rəqibləri «Real»ı «Santiaqo Bernabeu» stadionunda məğlub ediblər. Səməd Səmədov gur səslə bəy tərifi deyəcək:

 

«Gəlsin xələt versin bəyin komanda yoldaşı Neymar, gəlsin xələt versin müdafiəçi Pike».

«Real»a dəyibdi «Barsa»nın oxu,

Gəlsin xələt versin İnyestanın

var-yoxu.

Sonra boylayan-boylana Pikenin arvadı Şakiranı axtaracaq:

Bakıdan sonra gəlir Xırdalan,

Ay Şakira, sən də bir az qurdalan...

 

Təzə bəy Messinin necə futbol oynadığını planetin dörd bir yanında yaxşı bilirlər. Hər oyunda qol vura-vura bu zalım oğlu toya qədər artıq iki oğul da dünyaya gətirməyə vaxt tapıb. Messinin gədələri öz dədələrinin toyunda Elariz Məmmədoğlunun mahnılarına qol götürüb bəs deyincə oynayacaqlar. Çox istərdim ki, Messi də öz toyunda oynasın. Buralarda qiymətlərin bahalığı üzündən dükan-bazara girməli deyil. Mal əti 11 manat, qoyun əti 12 manatdır. Pomidor 4 manata satılır, canım sənə desin xiyar 1 manat 50 qəpiyə. Kartof 1 manat 20 qəpiyədir. Hələ mən utandığımdan toyuq ətinin, 100 qramlıq çayın, 800 qramlıq şəkər tozunun, yağın, pendirin qiymətini yazmıram.

Messi, onsuz da ordan-burdan düzəldib sənin toyuna 50 manat yazdıracam. Amma sən də yekə kişisən, öz toyunda oyna. Orda oyna ki, bəlkə biz tərəflərdə bir az ucuzluq oldu...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)