vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
11:00 | 23 may 2017 | Çərşənbə axşamı Məqaləyə 2482 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xalq Kremlə inanmır

500 respondent arasında keçirilən sorğuda böyük əksəriyyət Rusiyadan imtinaya «HƏ» deyir

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

«Atlas» Araşdırmalar Mərkəzi Azərbaycan-Rusiya münasibətləri və xarici siyasətimizin yeni prioritetləri mövzusunda 500 respondent arasında sorğu keçirib. Nəticələr maraqlıdır. Azərbaycan və Rus dillərindədir. Buradan yayıram. «Atlas» Mərkəzinə istinadən istifadə üçün açıqdır.

«Atlas»ın sorğusunda hansı nəticələr əldə olundu?

«Atlas» Araşdırmalar Mərkəzi Azərbaycan – Rusiya münasibətləri və Azərbaycanın xarici siyasətinin yeni prioritetləri mövzusunda 500 respondent arasında sorğu keçirib.

Sorğunun ilk sualı belə olub:

«Rusiyada azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?»

Bu suala cavab verənlərin 87 faiz Rusiyada azərbaycanlıların ən böyük təşkilatının fəaliyyətinin faktiki qadağan olunmasının Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir edəcəyini söyləyiblər.

Respondentlərin cəmi 8 faiz qeydiyyatın ləğvinin münasibətlərə heç bir təsiri olmayacağı düşüncəsindədir.

5 faiz isə suala «bilmirəm» deyə cavab veriblər.


Bu mövzunun davamı olaraq respondentlər «Sizcə Rusiyada azərbaycanlıların diaspor təşkilatının fəaliyyətinin qadağan olunmasının arxasında hansı qüvvələr dayanır» sualına belə cavab veriblər:

«Rusiya hakimiyyəti» – 57 faiz,

«Rusiyadakı erməni lobbisinin təsiri altındakı qüvvələr» – 34 faiz,

«Səbəb Ümumrusiya Azərbaycanlıları Konqresinin sənədlərinin qaydasında olmamasıdır» – 9 faiz.


Sorğunun üçüncü «Rusiynın Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilyini necə qiymətləndirirsiniz» sualına cavab verənlərin mütləq əksəriyyəti (93 faiz) Moskvanın təkbaşına vasitəçilyini Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcəyini, əksinə işğalın davamına şərait yaratdığını bildiriblər. Sorğuya qatılanların yalnız 5 faiz Rusiyanın münaqişənin həllinə çalışdığını, 2 faiz isə bu haqda bir fikirlərinin olmadığını deyiblər.


Sorğunun dördüncü sualı belə olub: «Azərbaycanın Rusiyanın təkbaşına vasitəçiliyindən imtina etməlidirmi?» Cavablardakı nisbət belə olub:

«Bəli, imtina erməlidir» – 78 faiz,

«xeyr, imtina etməməlidir» – 12 faiz,

«imtina etməməli, ancaq digər iki həmsədr – ABŞ və Fransanın da prosesdə iştirakına çalışmalıdır» – 10 faiz.


Sonuncu «Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda Azərbaycan xarici siyasətdə və təhlükəsizliyinin artırılmasına hansı alternativlərə üstünlük verməlidir» – sualında respondentlərə aşağıdakı cavab variantları təqdim olunub və nəticələr belə bölünüb:

a) «Türkiyə ilə yeni hərbi əməkdaşlıq sazişi imzalanmalı, ayrıca Türkiyənin Azərbaycanda, o cümlədən Naxçıvanda hərbi bazasının və ya hərbi təlim mərkəzinin yaradılması məqsədilə Ankara ilə danışıqlar başlanmalıdır» – 53 faiz,

b) «NATO ilə hərbi əməkdaşlıq genişləndirilməlidir» – 24 faiz,

c) «Avropa İttifaqı ilə inteqrasiya sürətlənməlidir» – 14 faiz,

d) «Alternativlərə ehtiyac yoxdur, Rusiya ilə strateji tərəfdaşlığa davam edilməlidir» – 9 faiz.