«ETTELAAT ailəmi incidir»
Keçən ilin iyun ayından bəri həbsdə olan milli fəal Siyamək Mirzayi prokurora məktub göndərib
Əlirza QULUNCU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
10 il həbs və iki il sürgün cəzasına məhkum edilmiş və hazırda Tehranın Evin həbsxanasında saxlanılan türk dil haqları müdafiəçisi Siyamək Mirzayi Tehran prokuror müavini Hacı Muradiyə məktub ünvanlayıb.
Keçən ilin iyulunda İran Azərbaycanının Muğan bölgəsindəki təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alındıqdan bəri həbsdə olan fəalın məktubunun mətni sosial şəbəkələr və Günaz TV kimi internet portallarında yayımlanıb.
Amerikanın Səsinin məhbusun yaxınlarından əldə etdiyi məlumata görə, məktub həbsxanadakı məhkəmə icraçısına təslim edilib.
Milli fəal yazdığı məktubda tutulma, nəzarət müddəti, sorğu-sual, və mühakimə proseslərində qanunsuzluqlar ilə üzləşdiyini, ailə üzvlərinin isə təhlükəsizlik qüvvələrinin basqı və əziyyətlərinə məruz qaldığını açıqlayıb.
«Təhlükəsizlik qüvvələrinin məhkəmə qurumları vasitəsilə oynadıqları oyunlardan əlavə, zindan xaricində də ailəm və həyat yoldaşım davamlı olaraq təhdid və basqılara məruz qalıblar. Ailəmin bütün üzvlərinin telefonlarını dinləyiblər. İradəmizi qırmaq üçün hər tərəfdən basqılar tətbiq olunub. Halbuki, mənim fəaliyyətlərim və hərəkətlərimin hamısı qanun çərçivəsində həyata keçirilib», deyə fəalın məktubunda dərc edilib.
Tehran vilayətinin Baharistan şəhərinin İnqilab Məhkəməsi bu ilin yanvar ayında Siyamək Mirzayini10 il həbs və əlavə olaraq, iki il Cənubi Xorasan vilayətinin Təbəs şəhərində sürgündə yaşamaq cəzasına məhkum edib.
Mirzayi apelyasiya məhkəməsinə müraciət edərək çıxarılan hökmə etiraz edib. Lakin, hüquq müdafiəçilərinin xəbərlərinə görə, apelyasiya məhkəməsi üçün bir neçə dəfə tarix verilsə də, «hər dəfəsində məhkəmə iclası müxtəlif bəhanələr ilə təxirə salınıb.»
Baharistan şəhərinin İnqilab Məhkəməsi Siyamək Mirzayidən əlavə dörd digər türk dil haqları fəalını da 10 ildən 15 ilə qədər həbs və əlavə olaraq 2 il ölkənin türk əhalisi olmayan bölgələrində sürgündə yaşamaq cəzasına məhkum edib. Bu fəalların hamısı daha əvvəl Dünya Ana Dili Günü tədbirləri ilə bağlı nəzarət altına alınıblar.
Siyamək Mirzayi 2006-cı ildən bəri göstərdiyi fəaliyyətlər üzündən həbs, mühakimə və ali təhsilini davamından məhrum edilmə kimi basqılara məruz qalıb.
O, 2015-ci ilin fevral ayında «Amerikanın Səsi» ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.