vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
20:55 | 4 iyun 2017 | Bazar Məqaləyə 2101 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Atanın qızını öpməsi qəbahətdirmi?

Devid Bekhemin qızını öpməsi birmənalı qarşılanmadı

«The İndependent» yazır ki, İngiltərə futbol yığmasının keçmiş məşhur kapitanı Devid Bekhem (David Beckham) «İnstagram» səhifəsində yerləşdirdiyi bir şəkillə sosial mediada qızğın debatlara, qınaqlara və təqdirlərə tuş olub.

Məşhur futbolçu bu şəkildə balaca qızını dodaqlarından öpür və onu ad günü münasibətilə təbrik edir.

5 yaşlı Harperin atası ilə öpüşdüyü bu şəkil Tanzaniyada çəkilib.

Şəklin altında «dədəmə öpüş» sözləri yazılıb.

Şəkli 2 milyon istifadəçi bəyənib, lakin bu hadisə eyni zamanda valideynlərin uşaqları dodaqdan öpməsinin ziddiyyəti barədə mübahisələrə səbəb olub.

«Devid, sənin qızını dodağından öpməyin düzgün deyil», - yazır bir istifadəçi.

«Düzünü desəm, atanın öz qızını dodağından öpməsi bir az qəribə görünür», - yazır başqa birisi.

Amma Bekhemin müdafiəsinə qalxanlar da çoxdur.

«Atanın övladına belə bağlılığına yalnız qibtə etmək olar», - yazır İngiltərə yığmasının bir pərəstişkarı.

Bekhemin tərəfini saxlayan başqa birisi isə yazır ki, «atanı qızını öpdüyünə görə qınayan dünyaya adamın yazığı gəlir».

Maraqlıdır ki, 2016-cı ildə qızı Harperi dodağından öpdüyünə görə Bekhemin arvadı, - dizayner Viktoriyanı qınamışdılar.

«The İndependent» yazır ki, ata-ana Bekhemlər bu debatlarla bağlı şərh vermək istəməyiblər.