vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
21:52 | 19 iyun 2017 | Bazar ertəsi Məqaləyə 1609 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yol polisinin qorxusu

«Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat»

«Evrovision» mahnı müsabiqəsinin azərbaycanlı qaliblərindən biri Nigar Camalın Dövlət Yol Polisi (DYP) əməkdaşları ilə mübahisəsi düşüb. Müğənni bu barədə «Facebook»dakı səhifəsində statusunda bildirib. Yazılanların ictimaiyyət arasında ciddi müzakirəyə səbəb olduğundu nəzərə alaraq VAXT.AZ həmin statusu olduğu kimi oxucularına təqdim edirik.

«DYP – axır zamanlar çox qudurublar.

Daha susmaq istəmirəm. İdeal olmasam da həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə maşın sürmək mümkün deyil.

Yolda «inomarka» görən kimi arxasınca sürüb saxlatdırırlar. Birinci kobud formada kəmərə ilişirlər. Sonra da spirtli içkiyə. Əmin edirsən ki, spirtli içki qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı meydançaya götürməliyik. «Cərimənizi ödəyin» demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər. Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən".

N.Camal polislərin ona şər atdığını söyləyib:

«Səhər yenə saxlayırlar. Düşündük ki, yenə kəmərə ilişəcəklər. Amma bu dəfə qəsdən deyir ki, telefonla danışırdız. Soruşuram ki, siz telefonu harda gördüz? Deyir ki, əlinizdə tutmusuz. Telefonun arxa oturacaqda çantamda olduğunu göstərirəm. Çarəsiz qalanda da deyir ki, «Bəs siz polisin «saxla» əmrinə vaxtında əməl etməmisiz». Kəmər, telefon, indi də sizin «müqəddəs taxta»nız?

İzah edirəm ki, yolda maşın onsuz da çoxdu, mən diqqətimi sizin sifətinizə yox, yola yönəltməyə çalışıram. 100 manat cərimə yazmaq istəyəndə də deyirəm ki, bayaqdan sizi kamera çəkirdi. Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat. Məni də xoşluqla buraxdılar».

Qeyd edək ki, müğənni daha sonra paylaşımını silib.