vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
23:56 | 9 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 285 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ana, bağışla”

4 ölümlə bitən cinayətdə vacib detal, qatilin valideyni məktəbi xəbərdar edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın Corciya ştatında 14 yaşlı Colt Grey liseydə atışmada 4 nəfəri öldürdükdən sonra hücumdan yarım saat əvvəl Qreyin anasının məktəbə xəbərdarlıq etdiyi iddia edilib.

Hadisə sentyabrın 4-də Apalaçi liseyində baş verib. Şübhəlinin babası Çarlz Polhamus CNN-ə verdiyi açıqlamada Qreyin hücumdan əvvəl anası Marsi Qreyə “ana, bağışla” mesajı göndərdiyini bildirib. Bildirilib ki, qatilin anası dərhal məktəbə zəng edərək oğlunun “müəyyən edilməmiş fövqəladə vəziyyət” səbəbi ilə yoxlanılmasını istəyib.

Lakin məktəbdə axtarış aparıldıqdan təxminən 30 dəqiqə sonra silah səsləri eşidilib və hadisə yerinə polis və təcili yardım qüvvələri gəlib. Bu vəziyyət məktəb rəhbərliyinin və hüquq-mühafizə orqanlarının hücumun qarşısını almaq səyləri ilə bağlı yeni suallar doğurdu.

***

Kolt Qreyin iş yoldaşı Lyela Sayarat CNN-ə deyib ki, Qrey hücum günü sinfi tərk edib, daha sonra məktəb rəsmiləri sinfə girərək eyni adlı başqa bir şagirdi bel çantası ilə çıxarıblar. Sayarat ifadə verdi ki, səhvən götürülmüş şagird sinfə qayıdanda müəllimə idarəçilərin əslində Qreyi axtardığını deyib.

Bildirilib ki, daha sonra Qrey əlində silahla sinfin qapısına gələrək cinayət tördəib. CNN-in xəbərində qeyd olunub ki, məktəb rəsmiləri hücum günü Qrey əvəzinə səhv şagirdin sinifdən çıxarılıb-çıxarılmaması ilə bağlı şərh verməkdən imtina ediblər.

Sentyabrın 4-də Corciya ştatının Uinder şəhərindəki Apalaçi Liseyində baş verən hücumda 4 nəfər ölüb, 9 nəfər yaralanıb. Hücumdan sonra tutulan Kolt Qrey 4 nəfəri öldürməkdə günahlandırılaraq hakim qarşısına çıxarılıb.

Silahı Kolt Qreyə “hədiyyə” olaraq verdiyi iddia edilən atası 54 yaşlı Kolin Qrey hadisədən sonra nəzarətə götürülüb. Kolt Grey qeyri-ixtiyari adam öldürmə, ikinci dərəcəli adam öldürmə və uşaqlara qarşı qəddarlıq kimi ittihamlarla üzləşir.