“Boğazımı sıxdı”
Məşhur fenomen qardaşlara qarşı zorlama ittihamı
Seksist və ifrat sağçı fikirləri ilə gündəmdə olan sosial media fenomeni Endrü Teyt barədə zorlama ittihamları artır. Sosial mediada kifayət qədər məşhur olan Endrü Teyt yeni zorlama ittihamları ilə üz-üzədir. İki britaniyalı qadın mətbuata Teyt tərəfindən zorlandığını bildirib.
BBC Panaroma proqramına danışan başqa bir qadın ilk dəfə Endrünün qardaşını zorlamada ittiham edib. Tristan Teyt də qardaşı kimi milyonlarla izləyiciyə malikdir.
37 və 36 yaşlı Teyt qardaşları hazırda Rumıniyada insan alverində və qadınları cinsi istismar edən təşkilat yaratmaqda ittiham olunurlar. Endrü Teyt Rumıniyada da zorlamada ittiham olunur.
Təqsirləri sübut olunsa, qardaşları 10 ildən çox həbs cəzası gözləyir. Artıq üzləşdikləri ittihamlarla yanaşı, prokurorlar həm də azyaşlılarla cinsi əlaqədə olmaq və onların insan alveri ilə bağlı ittihamlar irəli sürürlər. Hər iki qardaş 34 qadından bu şəkildə istifadə etməkdə günahlandırlır.
BBC-yə danışan Rumıniyadakı işlə əlaqəsi olmayan iki britaniyalı qadın Endrü Teyti təcavüz və cinsi zorakılıqda ittiham edib. İddialar ən azı 10 il əvvələ, Teytin London yaxınlığındakı Lutonda yaşadığı vaxta aiddir.
Başqa bir britaniyalı qadın Tristan Teyt qarşı yeni zorlama iddiası irəli sürüb və bunu edərkən onu əlləri ilə boğduğunu deyib.
BBC-yə danışan Anna (əsl adı dəyişdirilib) 2013-cü ildə Lutonda yaşayarkən Endryu Teyt ilə bir neçə dəfə görüşdüyünü və onlardan birində Teytin evinə getdiyini bildirib: "O, məni öpməyə başladı. Sonra gözlərini tavana zilləyib “Sənə təcavüz edib etməmək barədə özümlə mübahisə edirəm”, – dedi və qəfil boğazımdan tutub, çarpayıya çırpdı və boğazımı bərk sıxmağa başladı.